')

Bu gün:


FutbolPress.Az | Onları kim əvəzləyəcək? (YAZI)

Onları kim əvəzləyəcək? (YAZI)


oxunma sayı: 1077 Paylaş:

FutbolPress

Son 10 ildə azarkeşlərin, futbol ictimaiyyətinin ən çox üzləşdiyi sual sözsüz ki, Messi və Ronaldo haqqındadı. Məsələn, Yohan Kroyffa görə bu tipli suallar axmaqcasına verilir: “Yaxşı qoleodor olmaqla ən yaxşı futbolçu olmaq arasında böyük bir fərq var. Futboldan anlayan hər kəs bunu bilir. İnsanların Messini dünyanın ən yaxşı futbolçusu olmadığını demələri qəbuledilməzdir. Bunun Ronaldo ilə heç bir əlaqəsi yoxdu. O, qol duyumu mükəmməl olan bir futbolçudu”. Kroyffdan fərqli olaraq Luis Fiqu bunu bir zövq məsələsi ilə əlaqələndirir: “Bu, balıq kürüsü ilə ağ göbələk arasında seçim etməyə bənzəyir”.

Mübahisələrdən doğan yeganə bir şey var: bu ikili son 10 ildə bir-birlərinin daha yaxşı olması üçün mübarizə aparıblar. Onlar rekordları qırmaqla yanaşı, yeni səhifələr də açdılar. İndi karyeralarının qızıl dövlərini yaşayırlar.

Ancaq bu, bəzi sualların da meydana çıxmasına səbəb olur. Messi və Ronaldo qocaldıqda nə olacaq? Ronaldo fiziki baxımdan formadadı və qarşıdakı 5 ildə eyni səviyyədə oynaya bilər. Bəs ondan sonra? Messi isə 28 yaşındadı, lakin Ronaldodan fərqli olaraq fiziki baxımdan elə də güclü deyil. Bu futbolçular karyeralarında eniş dövrü yaşadığı vaxt üzə hansı futbolçular çıxa bilər?
 
Ağıla gələn ilk futbolçu sözsüz ki, Neymardı. Mükəmməl oyunu ilə  qarşıdakı illərdə ulduz olacağını nümayiş etdirir və bu günədək heç kimi məyus etməyib. Ötən il keçirilən dünya çempionatında Braziliyanı demək olar ki, təkbaşına aparan Neymar, həm də azarkeşlərə futbol zövqü verdi – Xuan Zuniqanın onu zədələyənə kimi. Əlbəttə, onun zəif görünən fiziki durumu ilə bağlı hər zaman şübhələr var. Xorvatiya və “Milan”ın əfsanəvi futbolçusu Zvonimir Boban braziliyalı futbolçu haqqında bunları dilə gətirir: “Neymar “Qızıl Top”u qazana bilərmi? İnanmıram. O qədər də güclü futbolçu deyil. Düzdü, mükəmməl sürətə və driblinqlərə çalikdir. Lakin o, heç vaxt Ronaldo, İbrahimoviç və ya İnyesta ola bilməz. Hələ Messi heç vaxt ola bilməz”. Bobanın sözlərindən fərqli olaraq, statistika Neymarın nəyə qadir olduğunu göstərir. La Liqadaki ilk mövsümündə 15 qol atmışdı, ötən mövsüm isə 39. “Rayo Valekano” ilə matçda isə 60-cı qolunu vurmaqla, Kroyffun 78 oyunda bacardığını daha tez bacarmışdı.

Neymar həm də böyük oyunların oyunçusu olduğunu da sübut edir. Ötən mövsüm Çempionlar Liqasının 1/4 final matçından başqa bütün oyunlarında qol vurması bunun bariz nümunəsidi. İndi Neymarın Messinin davamçısı olmasının yeganə problemi meydandan kənardakı həyatıdı. “Barsa”nın ikonu Kroyff bunu belə izah edir: “Neymar indi futbol oynamalı və mümkün qədər hər sahədə özünü müsbət tərəfdən göstərməlidi. Amma problem odu ki, o, daim neqativ hallarla maraqlanır”.


 

Pol Poqba – hələ kiçik yaşlarından gələcəyin ulduzu kimi göstərilirdi. Buna inanmayan tək insan Aleks Ferqyusson oldu. Fransız futbolçu onunla yola getməyib 2013-cü ildə “Mançester Yunayted”i “Yuventus”a dəyişdi. Əfsanəvi məşqçi Poqbanın meneceri Mino Rayola tərəfindən tənqidə məruz qalsa da, fikrini hələ də dəyişməyib. Mövsümün əvvəlində “Barselona”nın Pol üçün “Yuve”yə 80 milyon avro təklif etməsini və turinlilərin bu təklifi qəbul etməməsini Ferqyusson səhv addım kimi dəyərləndirdi.

Pol Poqba mövsümə yaxşı başlamasa da, onun istedadına şübhə etmək olmaz. Bunu Zinədin Zidan da açıqlamasında deyir: “Səhv sözünü Ferqyussonun “MY”-ni çalışdırdığı dövrə xitab etməyim düz olmazdı, lakin Poqbanın getməsinə icazə verməsi bir səhv idi. O, Avropanın ən mükəmməl yarımmüdafiəçisi olan Pol Skoulzun davamçısı ola bilərdi”.

Bu fikirə dəstək verənlərdən biri də Rio Ferdinanddı: “Futbolda hər şeyi görmüş bir insanam. Boyu yüksək, gücü yerində, Patrik Vieyra kimi bir futbolçudu Poqba. Top ayağında olanda mükəmməl hərəkət edə bilən və hər kəsi oynatmaq istəyən Polun klubda niyə qalmadığını anlya bilmirəm. Əgər zədə ilə üzləşməsə, qarşıdakı 4 ildə dünyanın ən yaxşısı adını qazanacaq”.

“Yuventus” və İtaliya millisinin qapıçısı Canluici Buffon da Poqbanı ilk gördüyü andan onun Messi və Ronaldo kimi olacağını düşünüb: “Sadəcə, 2-3 məşqdən sonra onun necə bir futbolçu olduğunu gördüm. “MY”-in bu cür futbolçunu niyə buraxdığına inanmadıq. Bu yaşda bu qədər güclü, qabiliyyətli və texnikası mükəmməl olan futbolçu görməmişəm. Messi və Ronaldo kimi Poqba da sadəcə özünün bacara biləcəyi şeyləri edir”.



Qarşıdakı illərdə nələrin olacağını zaman göstərəcək. Poqbanın, yoxsa Neymarın Messi, Ronaldo olacağı, sadəcə, özlərindən asılıdı. Düzdü, onların eyni uğuru göstərmələri bir az çətin görünür. Eden Azar belə Ronaldo qədər qol vura bilməyəcəyini etiraf edir: “Hər zaman özümə Ronaldo və Messi kimi bir mövsümdə 50-60 qol vurmam üçün nələr edə bilərəm deyə sualını verirəm. Əlbəttə, çalışıram, lakin bacarmıram. Məndən olan bir şey deyil, sadəcə bu, bir mentaldı. Bəzən bir qol vurandan sonra istər-istəməz “kifayətdi” - deyə, düşünürəm. Digər futbolçular kimi rekord axtarmıram. Hər mövsüm 15-20 qol vursam, özümü xoşbəxt hiss edirəm”.
 
Göründüyü kimi, Messi və Ronaldo ilə digər futbolçular arasındakı fərq bu iki futbolçunun öz istedadlarına və bacarıqlarına qarşı heç vaxt şübhə etməmələridi. Eyni zamanda onlar həmişə qazanmaq arzusunda olurlar. Dieqo Forlanın dediyi kimi: “Messi və Ronaldonu eyni zamanda izlədiyimiz üçün şanslıyıq. Bacardığımız qədər bunun keyfini çıxaraq”.


Sam​ir
futbolpress.az


oxunma sayı: 1077 | Paylaş:




?>