')

Bu gün:


FutbolPress.Az | Bir klub necə  dağıdıldı... (KİÇİK QEYD)

Bir klub necə  dağıdıldı... (KİÇİK QEYD)


oxunma sayı: 1023 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasının XIV turunda “Xəzər Lənkəran” “Zirə”yə uduzdu (0:1). Bununla Lənkəran klubunun cari mövsümdə məğlubiyyət sayı 8 oldu.

Zirədəki oyundan sonra XL camiəsini təəssüf içində boğan xəbərlər yayılmağa başladı.

XL-in simvoluna çevrilmiş  Rahid Əmirquliyev bugünkü matçdan sonra, nəhayət, konkret açıqlayıb: “Yanvarda komandadan gedəcəm”. Problem isə odur ki, Rahidin gedişi normal gedişlərdən deyil, o, məhz klubun komandanı saxlaya bilməməsinə görə bu qərara gəlib. Onsuz Əmirquliyev camiə üçün istənilən qədər fədakarlıq eləmişdi, gedişi azarkeşlər arasında acıq yaratmayıb.

Ondan başqa, zədəli Adrian Skarlatake və Sadio Tounkara da qış fasiləsində komandanı tərk edəcək. Rasim Ramaldanov isə artıq düşərgədən ayrılıb.

Beləliklə, “Xəzər Lənkəran” de-fakto iflasını büruzə vermiş oldu.

Çox təəssüf... Çox təəssüf ki, “FutbolPress” hələ 2-3 il əvvəldən yazdığı məqamlar bir-bir, ən xırda detallarıyla doğruluğunu sübut elədi. Ona görə təəssüf ki, ölkə futboluna qlamurluq, hərəkətlik məhz bu klubun yaradılışı ilə gəlmişdisə, bu klubla da gömüləcək.

“Xəzər Lənkəran”ın doğru yol tutmadığı, çox keçməz ki, bu cür gedişatın iflasa aparacağını proqnoz eləmişdik.

Media orqanı olaraq yazdıqlarımızda qərəz axtaranlar oldu, məqsədyönlü ittihamlar elədiyimizi dilə gətirənlər də və s.

Biz isə inanmayanların gözləməyini, klubunsa durumdan çıxış üçün mütləq idarəçilik islahatlarına getməyinin vacib olduğunu yazdıq hər dəfə. 

Əksinə oldu.

İndilərdə, son aylarda redaksiyamıza çox sayda, “Siz vaxtilə yazırdınız bunların hamısını, yazdığınız kimi də oldu” tipli məktublar, zənglər daxil olur. Çi fayda...

Bugünlərdə “Palmali” şefi Mübariz Mənsimov haqda dərc olunan xəbərlərə münasibət bildirib ANS TV vasitəsilə. Orda futbolyönlü heç nə danışmayıb. Bunun səbəbi bilirsiz nədədir? O, çoxdandır ki, klubdan əlini üzüb və müsahibəni futbol haqda sual verilməməsi şərtiylə verib. 

Ötən ilin dekabrında yazmışdıq ki, Mənsimov “Palmali"dən kluba pul keçidini minimua qədər məhdudlaşdırıb.

Bu yayın sonundan isə durum lap pisdir. “Palmali”nin işləri heç də yaxşı getmir.

Klubu viran qoymuş bu rəhbərlikdən artıq nəsə gözləməyə dəyməz.

Son məlumatlarsa göstərir ki, klub çox da uzaq olmayan gələcəkdə, güman ki, AFFA-nın balansına həvalə olunacaq.

Beləliklə, bir gözəl klub da basdırılacaq... Heyf o azarkeşlərdən...

"FutbolPress"



oxunma sayı: 1023 | Paylaş:




?>