')

Bu gün:


FutbolPress.Az | Rahid Əmirquliyev "Xəzər Lənkəran" rəhbərliyindən şikayətləndi

Rahid Əmirquliyev "Xəzər Lənkəran" rəhbərliyindən şikayətləndi


oxunma sayı: 487 Paylaş:

FutbolPress"Bu matç bizim üçün çətin və vacib oyundu. 8 il idi ki, doğma meydanımızda “Neftçi”yə uduzmurduq. İstəyirdik ki, layiqli oyun nümayiş etdirib qələbə qazanaq. Çox təəssüf, alınmadı". Bu sözləri "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev "Neftçi"yə 0:2 məğlubiyyətdən sonra  deyib.

Kapitan komandanın durumundan narazıdı: "Rəhbərlik söz verib. Nəyə? Onu onlardan soruşsanız daha yaxşı olar. Biz də ümid edirik ki, hər şey yaxşı olacaq. Belə davam eləyə bilməz. Mövsümün sonuna kimi müqaviləm var. Belə davam etməməlidi. Dəyişikliklər olmalıdı. Axı, azarkeşlər gəlib bizi dəstəkləyirlər. Biz də bunun qarşılığını verməliyik. Futbolda hər şey ola bilər. Yenə bildirirəm ki, mövsümün sonuna kimi müqaviləm var. Belə davam edərsə, ayrıla bilərəm".


oxunma sayı: 487 | Paylaş:




?>