')

Bu gün:


FutbolPress.Az | Mourinyonun çöküşünü anlamaq...  (YAZI)

Mourinyonun çöküşünü anlamaq... (YAZI)


oxunma sayı: 1273 Paylaş:

FutbolPressÖtən mövsüm 38 matçın sadəcə üçündə məğlub olmasına baxmayaraq, çempion olan Joze Mourinyo necə oldu ki, bu il bu qədər məğlubiyyətlə üzləşdi?

Portuqaliyalı mütəxəssisin “Çelsi”dəki çöküşünü anlamaq üçün bəlkə də “Real” günlərinə dönmək lazımdı.

Mourinyo – taktikası sanki bir şahmatı xatırladan mütəxəssis. Şahmat – dünyanın ən elit və ən çox savad tələb edən oyunu. Hücuma keçdiyin kimi, müdafiədə də mükəmməl oynamalısan. Burda əsas tələb sənin fiqurlara eyni gözlə baxmağındı. Məqsəd şahın tacının əlindən alınmamasıdı.

Şahmatda fiqurların yeri dəyişilmədiyi kimi, Jozenin də taktikası dəyişilməzdi. Bəs portuqaliyalı mütəxəssisin komandasında hamıya eyni gözlə baxılır? Şahın tacının alınmaması üçün futbolçular sonadək mübarizə aparır? Xeyr.

Komanda ilə yanaşı, fərdi məşq edən, yuxusuna, yeməyinə fikir verən futbolçuda heç vaxt problem olmaz. Bəs bu futbolçuların baş məşqçi ilə problemləri niyə olur? Mövsümün əvvəlində 25 futbolçu ilə məşqə çıxan məşqçi hamısını sevər, yoldaşlıq görüşlərində hamısı məşqçinin üzünə gülər. Mövsümün əvvəlində ideal 11-lik yaranar, qalan 14 nəfərin xarakteri mövsümün taleyini dəyişər. İlk 18-liyə düşməyib tribunada əyləşənlər haqlarının tapdalandığını düşünər və məşqçidən küsər. Bununla, onlar klub daxilində qruplaşmanın əsasını qoyarlar. Hələ bunlara sonradan meydana daxil olanlar da əlavə olunar və sayları 7-8 olar. Çoxluq taktikanın yanlış olduğunu müzakirə edər və məşqçini az hücumçu ilə oynamamaqda günahlandırarlar. Bununla, ehtiyatda oturmuş forvard da bunların cərgəsinə qoşular. Ondan öncə isə bu qrup artıq əvəzedici qapıçını da öz tərəflərinə çəkərlər. Klub rəhbərliyinə şikayət gedər, həmçinin daxili işlər mətbuata sızdırılar. Rəhbərlik isə buna “məşqçimizin arxasındayıq” kimi yolavermələrdən istifadə edər. Necə ki, əsas heyətin 2-3 futbolçusu da bu qrupa qoşulur, o zaman baş məşqçinin “torbasının tikildiyini" düşünməyin vaxtıdı. Və rəhbərliyin qərarı ilə məşqçi komandadan göndərilir...

...Növbəti gün 17-18 futbolçu üçün yeni məşqçi ilə birlikdə yeni səhifə açmağın vaxtıdı. Komandalar dəyişir, futbolçular dəyişir, amma top o ağ xətti keçmədiyi müddətdə insanoğlu dəyişməz olaraq qalır - bu gün “Çelsi”də olduğu kimi. 10 il öncə London klubuna tarixi zəfər qazandıran, ikinci dönəmində isə bu şəhərə gəlib 3 dəfə məğlub, olmasına baxmayaraq, çempion olan Joze Mourinyo indi Premyer Liqanı tərk etməmək üçün mübarizə aparır. Bu çöküşü Jozenin klubda işinə son verdiyi Eva Karneyronun ahı ilə (?) bağlayanlar da var. Amma işin əsili - Mourinyo nə qədər inkar etsə də, futbol təbirilə desək, o, soyunub-geyinmə otağında məğlub oldu. Adı qəzetlərdə gizli saxlanılan bir futbolçunun “Mourinyo üçün qazanmaqdansa, məğlub olaram” deməyi portuqaliyalı məşqçini sevənləri iki qrupa ayrıdı. Kapitan Terri, Fabreqas, Dieqo Kosta, Kurtua və Ramires Jozenin sadiq adamlarıdı. Məşqçinin transfer etdiyi Falkao, Oskar, Matiç və formasını itirən İvanoviç isə Jozenin “başını yeyənlər” qrupuna aiddi. İki qrup arasında qalıb, meydanda bir ruh kimi fırlanan Eden Azar isə sadəcə olanları seyr edir və bu, Jozenin ikinci London səfərinin uğursuzluqla başa çatacağına işarə vurur.



3 il öncə baş verən hadisəyə qayıdaq. Əslində, soyunub-geyinmə otağındakı davalar Joze Mourinyo üçün yad deyil. Madridə gəldiyi gün Raul və Qutini göndərib “burda artıq kral mənəm” dediyi vaxt Serxio Ramos və Kasilyasın qurduğu qruplar onu İspaniyadan uzaqlaşdırdı. Eyni zamanda, Kaka ilə küsülü olan, Nuri Şahinin üzünə baxmayan və meneceri Xorxe Mendesin futbolçularını əsas heyətdə oynadan Mourinyonun Ramos və Kasilyasla söhbətini xatırlayaq:

- Mourinyo: Oyundan sonra verdiyiniz açıqlamalarda məni tənqid etmisiz.
- Ramos: Xeyr, cənab. Siz sadəcə qəzetlərin yazdığı qədərini oxumusunuz, söhbətlərimizin hamısını oxumamısınız.
- Mourinyo: Doğrudu, siz ispanlar dünya çempionu olduqdan sonra jurnalistlər sizi qoruyur. Qapıçılar kimi...
- Kasilyas (bu söhbətdən 30-40 metr aralıda məşq edir): Cənab Joze, burada hər şey adamın üzünə deyilir.
- Mourinyo: Serxio, Puyolun qolunda harda idin?
- Ramos: Pikenin zərbə endirməsinə imkan vermirdim.
- Mourinyo: Lakin Puyolla oynamalı idin...
- Ramos: Düzdü, lakin Pike boş qalmışdı, biz də onu zərərsizləşdirməyə qərar verdik.
- Mourinyo: Nə oldu, indi də baş məşqçi olduz?
- Ramos: Xeyr, amma meydandakı şərtlərə görə belə dəyişikliklər olur. Bəzən bunu etmək lazımdı. Siz heç vaxt futbolçu olmadığınıza görə meydanda nə baş verdiyini bilə bilməzsiz.

... Bu sözlərdən sonra Joze Mourinyo artıq Madriddə çox qalmayacağını yaxşı anlayırdı.



Samir 
"FutbolPress"


oxunma sayı: 1273 | Paylaş:





?>