')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanovdan örnək addım – penalti bilərəkdən  vurulmadı (VİDEO)

Qurban Qurbanovdan örnək addım – penalti bilərəkdən  vurulmadı (VİDEO)


oxunma sayı: 2288 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının VII turunun mərkəzi matçı “İnter” – “Qarabağ” qarşılaşmasında maraqlı hadisə yaşanıb.

Qarşılaşmanın 88-ci dəqiqəsində “Qarabağ”ın forvardı Reynaldonun qarşısını kobudluqla alan qapıçı Georgi Lomaya  penaltiyə səbəb olub. Matçın baş hakimi Elvin Əsgərovun təyin elədiyi  11 metrlik cərimə zərbəsi zamanı isə tamaşaçıların və stadiondakı azarkeşlərin yaxşı mənada təəccübünə səbəb olan addım atılıb.

Belə ki, Qurban Qurbanov penaltidən əvvəl Kintananı yanına çağıraraq onunla qısa öhbət eləyib. Ondan sonra penaltini yerinə yetirməkçün Elvin Məmmədov topa yaxınlaşıb və nümayişkaranə şəkildə topu qapıdan yan atıb.

Bu nəyə işarədir?

Ötən tur “Neftçi”ylə qarşılaşmanın son dəqiqəsində “Qarabağ”ın lehinə verilən penalti şübhələr doğurmuşdu və sonradan Hakimlər Komitəsi matçın baş  hakimi Fariz Yusifovun səhv qərar verdiyini açıqlayıb, onu  5 oyunluq TPL-dən uzaqlaşdırmışdı.

Bundan başqa, “Qarabağ”ın cari mövsüm ən çox penalti  yerinə yetirən komanda kimi “diqqət mərkəzinə” düşməsi klub  düşərgəsində, xüsusən baş məşqçi Qurban Qurbanovda narahatlıq yaratmışdı. Hətta açıqlamalarının birində belə bir ifadə işlətmişdi: “Mən hakimlərə demişəm, əmin olmadan lehimizə penalti verməsinlər”.

Görünür, baş məqşçi bugünkü jestilə həm də bu mövzuda yaranmış söz-shöbətlərə dolayısıyla bu cür reaksiya vermiş oldu. Bu, hәm dә "fair-play" nümunәsi kimi dәyәrlәndirilә bilәr.





oxunma sayı: 2288 | Paylaş:




?>