')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin uğurlu seriyası qırıldı, rəqibləri hərəyə bir xal qazandı (TURNİR CƏDVƏLİ)

"Qəbələ"nin uğurlu seriyası qırıldı, rəqibləri hərəyə bir xal qazandı (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 1342 Paylaş:

FutbolPressAvropa Liqasının qrup mərhələsində II tur davam edir.

C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi “Qəbələ” bu tur səfərdə “Krasnodar”la qarşılaşıb. Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirmək üçün səfərdə ən azı heç-heçə ilə kifayətlənməliydi. Lakin Roman Qriqorçukun yetirmələri bunu bacarmayıb.

Belə ki, matça meydan sahibləri daha yaxşı başlayıb. Bunun da məntiqi nəticəsi kimi rusiyalılar 8-ci dəqiqədə Vandersonun qolu ilə önə keçiblər. Ancaq ikinci yarıda "Qəbələ" bərabərliyi təmin edə bilib. 50-ci dəqiqədə Dodo tablodaı rəqəmləri eyniləşdirib - 1:1. Meydan sahibləri isə sona yaxın təzyiqi artırıb və istəyinə çatıb. Smolov 84-cü dəqiqədə həm oyunda son nöqtəni qoyub, həm də komandasına üç xal qazandırıb. 

C qrupunun digər nümayəndələri PAOK və Dortmund "Borussiya"sı Yunanıstanda münasibətlərinə aydınlıq gətirib. Hərəyə bir dəfə fərqlənən rəqiblərin duelində heç-heçə qeydə alınıb - 1:1. Birincilərdən 34-cü dəqiqədə Mak, qonaqlardan isə 72-də Gastro fərqlənib. 

Bugünkü nəticələrdən sonra qrupa "Borussiya" başçılıq edir. Almaniya təmsilçisinin aktivində 4 xal var. 3 xalı olan "Krasnodar" ikinci, 2 xalı olan PAOK üçüncü və 1 xalı olan "Qəbələ" isə sonuncu yerdədi. 


Avropa Liqası. II tur
1 oktyabr

C qrupu

00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) 2:1
Qollar: Vanderson, 8; Dodo, 50; Smolov, 84
Baş hakim: Marçin Borski (Bosniya və Herseqovina)
Krasnodar. “Kuban” stadionu

00:05 PAOK (Yunanıstan)  - "Borussiya" (Dortmund, Almaniya) - 1:1
Qollar: Mak, 34; Gastro, 72
Baş hakim: Anthoni Teylor (İngiltərə)
Saloniki, “Stadio Toumba” 


N Komanda O Q H M T-F Xal
 1  "Borussiya" 2 1 1 0 3-2 4
 2  "Krasnodar" 2 1 0 1 3-3 3
 3  PAOK 2 0 2 0 1-1 2
 4  "Qəbələ" 2 0 1 1 1-2 1


oxunma sayı: 1342 | Paylaş:




?>