')

Bu gün:


FutbolPress.Az | İstirahət və bərpa

İstirahət və bərpa


oxunma sayı: 114 Paylaş:

Dünən TPL-in V turunda  “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” bu gün yenidən bir araya gəlib. Məqsəd "Xəzər Lənkəran" matçından (1:1) sonra bərpa məşqi olub.

Sabah istirahətə buraxılacaq komanda 1 günlük aradan sonra – sentyabrın 23-də yenidən məşqlərini bərpa edəcək. Zədə səbəbindən cənublularla görüşü buraxan qapıçı Aqil Məmmədovun növbəti turda “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi hələ bilinmir. 

“Qarabağ” – “Neftçi” matçı sentyabrın 26-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.



oxunma sayı: 114 | Paylaş:




?>