')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" Eyyubov transferini rəsmiləşdirdi

"Kəpəz" Eyyubov transferini rəsmiləşdirdi


oxunma sayı: 166 Paylaş:

FutbolPress“Kəpəz” PFK heyətini daha bir futbolçu ilə gücləndirib. Komanda “Xəzər Lənkəran”dan Rəşad Eyyubovu heyətinə qatıb. 23 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb. Eyyubov artıq iki gündür ki, “sarı-göylər”in düşərgəsindədir və komandanın məşqlərində iştirak edir.

Odessa futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizə 2011-ci ildə təşrif buyurub. Onun Azərbaycanda ilk klubu “Simurq” olub. Rəşad müxtəlif yaş qrupları üzrə yığma komandaların da formasını geyinib. Gənc hücumçu ötən mövsüm göstərdiyi oyunla əsas millinin baş məşqçisi Robert Prosineçkinin də diqqətini cəlb edərək yığmaya dəvət alıb.


oxunma sayı: 166 | Paylaş:




?>