')

Bu gün:


FutbolPress.Az | "Real"dan "Mançester Siti"yə fantastik təklif: 90 milyon avro

"Real"dan "Mançester Siti"yə fantastik təklif: 90 milyon avro


oxunma sayı: 1115 Paylaş:

FutbolPress"Mançester Siti"nin hücumçusu Serxio Aqüero karyerasını yenidən İspaniyada davam etdirə bilər. 

AS xəbər verir ki, argentinalı futbolçu ilə "Real" Madrid yaxından maraqlanır. "Kral klubu"nun rəhbərliyi ulduz hücumçunu Kərim Benzemaya alternativ kimi komandaya gətirmək istəyir. 

Madrid təmsilçisi qarşı tərəfə artıq ilk təklifini də eləməyə hazırlaşır. İspanlar forvarda görə 90 milyon avrosundan keçməyə hazırdılar. 

Prezident Florentino Peres Aqüeronu hələ "Atletiko Madrid"də çıxış etdiyi vaxt (2006/11) komandasına gətirmək istəyirdi. 

Bu mövsüm cənubi amerikalı İngiltərə Premyer Liqasının bombardiri olub. O, meydana çıxdığı 33 oyunda 26 qol vurub.


oxunma sayı: 1115 | Paylaş:




?>