')

Bu gün:


FutbolPress.Az | "Hafka" ölkədən qaçdı: həbs-qətimkan tədbiri seçilib

"Hafka" ölkədən qaçdı: həbs-qətimkan tədbiri seçilib


oxunma sayı: 823 Paylaş:

FutbolPressBeynəlxalq Bankdan böyük məbləğdə kredit götürən və qaytarmayan iş adamları ilə bağlı istintaq-əməliyyat tədbirləri davam edir. 

"Cahangir Hacıyev işi" adlanan cinayət prosesinin istintaqına bir neçə oliqarx cəlib olunub və həbs olunanlar var. 6 sahibkar barədə həbs-qətimkan tədbirinin seçilib.

Həmin sahibkarlardan biri "Bakı"nın prezidenti "Hafka" ləqəbi ilə tanınan oliqarx Hafiz Məmmədovdu. Lakin hüquq-mühafizə orqanları sahibkarı həbs edə bilməyib. Mayın 18-i Nəsimi rayon məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan seçsə də, o, iki gün əvvəl - mayın 16-sı ölkədən qaça bilib.  

Hafiz Məmmədovun hansı yolla və hansı ölkəyə qaçdığı məlum deyil. 

Öncə mətbuatda Hafiz Məmmədovun Beynəlxalq Banka 100 milyon manat kredit borcu olduğu haqda xəbərlər yayılmışdı.


oxunma sayı: 823 | Paylaş:




?>