')

Bu gün:


FutbolPress.Az | "Real"ın futbolçuları Florentino Peresdən nəyi xahiş edib?

"Real"ın futbolçuları Florentino Peresdən nəyi xahiş edib?


oxunma sayı: 1305 Paylaş:

FutbolPressMövsümü titulsuz başa vuracaq "Real" Madrid rəhbərliyi baş məşqçi Karlo Ançelotti ilə yolları ayırmaq üzrədi. 

Lakin "Kral klubu"nun futbolçuları italiyalı mütəxəssisin göndərilməsinə qarşıdılar. Əsas heyətin bir neçə üzvü prezidenti Florentino Peresdən 55 yaşlı çalışdırıcını komandada saxlamağı xahiş edib. 

Bəzi futbolçuların klub rəhbərinə bu fikirləri çatdırıb: 

Serxio Ramos: "Mənim insani keyfiyyətləri yüksək olan məşqçiləri bəyənirəm. Ançelotti çox yaxşı insandı. Onun komandada qalmasını istəyirəm".

Kriştiano Ronaldo: "Mən Ançelotti ilə işləməkdən zövq alıram".

Pepe: "Ançelotti hərtərəfli baş məşqçidi. Biz onun rəhbərliyi altında çox çalışırıq, nəinki Joze Mourinyonun".

Qaret Beyl: "Futbolçularla yaxınlıq, Ançelottini digər məşqçilərdən fərqləndirir".

Marselo: "Seçim imkanı məndə olsaydı, Ançelottini komandada saxlayardım".

Toni Kroos: "Ançelotti çempiondu. Onu saxlamaq lazımdı".


Dünən xəbər yayılı ki, "Real" artıq Yurqen Kloppla rəsmi müqavilə bağlayıb.


oxunma sayı: 1305 | Paylaş:




?>