')

Bu gün:


FutbolPress.Az | "Real" Madridin yeni baş məşqçisi bilindi

"Real" Madridin yeni baş məşqçisi bilindi


oxunma sayı: 1586 Paylaş:

FutbolPressKarlo Ançelottinin gedişindən sonra "Real" Madridin baş məşqçisinin kim olacağı bilinib.

"Radio Deutschland"ın məlumatına görə, bu yaydan etibarən "Kral klubu"nu "Borussiya" Dortmunddan ayrılacaq Yurqen Klopp çalışdıracaq. 47 yaşlı mütəxəssis Madrid təmsilçisi ilə 2018-ci ilin yayına qədər müqavilə bağlayıb. Sözləşməyə əsasən alman çalışdırıcı "Real"da ilinə 8 milyon avro qazanacaq.

İspaniya klubu yeni müqavilə ilə bağlı rəsmi açıqlamanı mayın 30-u verəcək.

Karlo Ançelotti 2013-cü ilin yayından "Real"ı çalışdırırdı. O, bu müddətdə komandasını ÇL-in, UEFA Superkubokunun, Klublararası dünya çempionatının və İspaniya Kubpkunun qalibi edib. İtaliyalı mütəxəssislə müqavilə 2016-cı ilin yayına qədər nəzərdə tutulsa da, bu il komandanın heç bir uğur qazanmaması, rəhbərliyin ona etimadı azaldıb.


oxunma sayı: 1586 | Paylaş:




?>