')

Bu gün:


FutbolPress.Az | Pepedən Ronaldoya: "Şəxsi uğuruna görə çox sevinmə" (VİDEO)

Pepedən Ronaldoya: "Şəxsi uğuruna görə çox sevinmə" (VİDEO)


oxunma sayı: 1066 Paylaş:

FutbolPressİspaniya La Liqasının XXXVII turunda keçirilən "Espanyol" - "Real" Madrid  matçında maraqlı hadisə qeydə alınıb. 

"Kral klubu"nun 1:4 hesablı qalib gəldiyi görüşdə Kriştiano Ronaldo het-triklə yadda qalıb. Portuqaliyalı futbolçu 3 qol vurduğuna görə sevinib. 

Bu isə Ronaldonun həmyerlisi Pepenin xoşuna gəlməyib. Müafiəçi hücumçuya yaxınlaşaraq "Barselona"nın "Atletiko Madrid"ə 0:1 hesabı ilə qalib gəlib çempion olduğunu və şəxsi uğura çox sevinməməsini tələb edib: 

"Şəxsi uğuruna görə çox sevinmə. Barselona" artıq çempion olub. Komandamız mükafat qazanmayıb". 

Kriştiano Ronaldo isə Pepenin bu sözlərindən sonra davranışını dəyişib.


oxunma sayı: 1066 | Paylaş:




?>