')

Bu gün:


FutbolPress.Az | "Bakcell Arena"da bədbəxt olay (YENİLƏNİB)

"Bakcell Arena"da bədbəxt olay (YENİLƏNİB)


oxunma sayı: 1263 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasının XXXIV turuna yekun vurulub. 

"Qarabağ" "Bakcell Arena"da "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib və çempionluğunu rəsmiləşdirib. 

Görüşdən sonra Ağdam klubunun azarkeşlərinin yer aldığı sektorda xoşagəlməz olay yaşanıb. 

Belə ki, sevimli komandasının çempionluğunu bayram edən azarkeşlərdən biri Orxan Salahlı tribunadan yıxılıb. Yaralanan azarkeş Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. 

Yalnız onu öyrənə bildik ki, fanatın ayağı sınıb.

***
Əldə elədiyimiz məlumata görə, hazırda Orxan Salahlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun cərrahiyə şöbəsindədi. Onun daban sümüyü sınıb.


oxunma sayı: 1263 | Paylaş:





?>