')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın şansı azaldı, "Neftçi"dәn "İnter"esni mәğlubiyyәt

"Qarabağ"ın şansı azaldı, "Neftçi"dәn "İnter"esni mәğlubiyyәt


oxunma sayı: 680 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

İlk gündə turun 3 qarşılaşması baş tutub. Bu görüşlərdən sonra 2014/15 mövsümünün çempionu bəlli ola bilərdi. Bununçün "Qarabağ"ın "Xəzər Lənkəran"a qalib gəlməsi, "Neftçi"nin isə "İnter"ə uduzmaması kifayətdi idi. Lakin gözləntilər təsdiqini tapmayıb.

Turnir cədvəlinin lideri səfərdə qarşılaşacağı "Xəzər Lənkəran"la matçın favoriti sayılırdı. Qurban Qurbanovun yetirmələri 8 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirmək əzmində idi. Ağdam təmsilçisi səfərdə üç xal qazanıb, diqqətləri "İnter" - "Neftçi" matçına yönətmk istəyirdi. Ancaq "atlılar" gözlənilmədən meydan sahiblərinin müqaviməti ilə üzləşib. Görüşün ilk hissəsində hesab açılmayıb. Qarşılıqlı hücumlar şəraitində keçən ikinci yarıda meydan sahibləri 78-ci dəqiqədə Ağabala Ramazanovun qolu ilə önə keçib. Lakin qonaqlar cəmi 2 dəqiqə sonra hesaba tarazlıq gətiriblər. 80-cı dəqiqədə Leroy Corc komandasına bir xal qazandıran qolu vurub.

İkinci yerin sahibi "İnter" isə Azərbaycan Kubokunun yarımfinal mərhələsində iki matçın nəticəsinə görə uduzduğu "Neftçi"ni qəbul edib. Kaxaber Sxadadzenin komandası çempionluq uğrunda mübarizəni davam etdirmək üçün mütləq qalib gəlməli idi. Əgər "bankirlər" 1 xal qazanarsa, gümüş medalı təmin edə bilərdi. Üçüncü yer uğrunda mübarizə aparan və heyətində ciddi problemləri olan Arif Əsədovun komandasının işi heç də asan olmayacağı öncədən bilinirdi. Qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçib. Azca üstünlüyə malik "İnter" ilk hissənin son dəqiqəsində Baçana Sxadadze ilə hesabı açıb. İkinci hissəyə də yaxşı başlayan "bankirlər" 49-cu dəqiqədə hesab arasındakı fərqi artırıb. Derlis Meza Kolli ikinci qolun müəllifi olub. Üçüncü qolu da meydan sahibləri vurub. Başaça Sxadadze 55-ci dəqiqədə dublunu rəsmiləşdirib. 

Qarşılaşmanın 66-cı dəqiqəsində isə "İnter" azlıqda qalıb. Qapıçı Səlahət Ağayev birbaşa qırmızı alaraq meydandan qovulub. Daha sonra ev sahiblərinin qapısına penalti təyin olunub. Topa yaxınlaşan Rauf Əliyev isə şansını boşa verib. 89-cu dəqiqədə isə qonaqlar azlıqda qalıb. Rəqibə qarşı kobud oynayan Mirhüseyn Seyidov birbaşa qırmızı alıb. 90+1-ci dəqiqədə isə Elvin Məmmədov komandasının 4-cü qolunu vurub və yekun hesabı müəyyənləşdirib. Görüşdə son hadisə isə "Neftçi"nin üzvü Kaue da Silvanın penaltini dəqiq yerinə yetirməməsi olub. Bu biabırçı məğlubiyyətlə "Neftçi" üçüncü pillədəki yerini "Qəbələ"yə verib. 

“Neftçi”nin paytaxt derbisində xal itirməsi “Qəbələ”nin işinə yararlanıb. "Qırmızı-qaralar" bu tur autsayderlərdən olan "Sumqayıt"ın qonağı olub. 9 oyundur məğlub olmayan Roman Qriqorçukun yetirmələri bu uğurlu seriyanı davam etdirmək niyyətində idi. Qonaqlar istəklərinə ilk hissənin sonlarında çatıblar. Əvvəlcə 39-cu dəqiqədə Aleksey Qay künc nöqtəsindən ötürülən topu başla tora qovuşdurub. Daha sonra Viktor Mendi müdafiəçinin kobud səhvindən yararlanıb və hesab arasındakı fərqi artırıb. Bu qol həm də matçda sonuncu olub. Matçın 83-cü dəqiqəsində qonaqlardan Ruslan Tağızadə qırmızı vərəqə alaraq, meydandan qovulub. Görüşdə 0:2 hesabı ilə qalib gələn "Qəbələ" üçüncü pilləyə yüksəlib. 

Azərbaycan Premyer Liqası. XXXIII tur
8 may

18:00. “Xəzər Lənkəran” – “Qarabağ” - 1:1
Qollar: Ağabala Ramazanov, 78 (1:0), Leroy Corc, 80 (1:1)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:3, 0:1


18:00. “Sumqayıt” – “Qəbələ” - 0:2
Qollar: Aleksey Qay, 39 (0:1), Viktor Mendi, 41 (0:2)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
“Kapital Bank Arena”
İlk 3 dövrədəki oyunlar: 1:3, 1:1, 0:2


20:00. “İnter” – “Neftçi” - 4:0
Qollar: Baçana Sxadadze, 45 (1:0), 55 (3:0), Derlis Meza Kolli, 49 (2:0), Elvin Məmmədov, 90+1 (4:0)
Qırmızı vərəqələr: Səlahət Ağayev, 65 ("İnter"), Mirhüseyn Seyidov, 89 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”
İlk 3 dövrədəki oyunlar: 0:0, 2:1, 2:0 


Turnir cədvəli


N Klublar O Q H M T-F Xal
1 Qarabağ 30 19 8 3 49-26 65
2 İnter 29 16 11 2 51-15 59
3 Qəbələ 30 14 8 8 42-34 50
4 Neftçi 30 13 8 9 37-32 47
5 Simurq   29 10 5 14 37-34 35
6 AZAL  28 8 8 12 29-40 32
7 Xəzər Lənkəran 29 7 7 15 34-44 28
8 Sumqayıt 29 5 10 14 27-41 25
9 Bakı 28 3 8 17 19-59 16

Bombardir: Nurlan Novruzov (“Bakı”) – 15.


oxunma sayı: 680 | Paylaş:




?>