')

Bu gün:


FutbolPress.Az | İçkiyə qurşanan Azərbaycan millisinin qapıçısı klubdan qovula bilər (AÇIQLAMA)

İçkiyə qurşanan Azərbaycan millisinin qapıçısı klubdan qovula bilər (AÇIQLAMA)


oxunma sayı: 1170 Paylaş:

FutbolPressMövsümün sonu "Sumqayıt"la müqaviləsi başa çatacaq qapıçı Andrey Popoviç komandadan qovula bilər.

Buna səbəb Azərbaycan millisinin də üzvü olan qolkiperin bir neçə gün icazəsiz məşqlərə qatılmaması olub. Əvvəl klub rəsmiləri onun xəstə olduğunu öyrənsələr də, həqiqət sonradan üzə çıxıb. Məlum olub ki, gənc əlcək sahibi yenidən içkiyə qurşanıb.

Məlumatı dəqiqləşdirməkçün "FutbolPress" "kimyaçılar"ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rəşad Məmmədovu danışdırdı. Klub rəsmisinin sözlərinə görə, Popoviçin içkiyə qurşandığı güman olunur, lakin məsələ hələ dəqiq deyil: 

"Popoviçin məşqlərə qatılmadığı müddətdə içkili halda olduğu təsdiqlənməyib. O bu gün bazaya gəlsə də, Aqil Məmmədov onun məşqlərə qatılmasına icazə vermədi. Biz əvvəl onun xəstələndiyini bilirdik. Sabah klub rəhbərliyi futbolçu, məşqçi heyəti və baş menecerlə görüş keçirəcək. Yalnız bundan sonra dəqiq səbəblər və nəticə bilinəcək". 

Rəşad Məmmədov Popoviçin klubdan qovulması ehtimalından da danışdı: 

"Hər şey ola bilər. Bu haqda qərar sabah veriləcək. Onsuz da onun "Sumqayıt"la müqaviləsi mövsümün sonunda başa çatır. Qovulma olmasa da, icazəsiz məşqlərdə iştirak eləmədiyi üçün cəza tətbiq olunacaq". 

Andrey Popoviç bundan əvvəl Berti Foqtsun dönəmində Azərbaycan millisinin Dubay toplanışında iştirakı zamanı içkili halda yaxalanmışdı.


oxunma sayı: 1170 | Paylaş:




?>