')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" niyə çempion olmalıdı? (5 SƏBƏB)

"Qarabağ" niyə çempion olmalıdı? (5 SƏBƏB)


oxunma sayı: 2204 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 2014/15 mövsümü başa çatmaq üzrədir.

32 turu geridə qalan çempionatda demək olar hər şey – çempion, avrokuboklara vəsiqə qazananlar və I Diviziona yuvarlanan məlumdu.

Lider “Qarabağ” ardıcıl ikinci, tarixində üçüncü dəfə çempion olmağa çox yaxındı.

Mövsümə iddialı başlayan nə “Neftçi”, nə “İnter”, nə “Xəzər Lənkəran” nə də “Qəbələ” çempionluq uğrunda “Qarabağ”la yarışa bilmədi.

FutbolPress” Qurban Qurbanovun komandasını çempionluğa aparan ən vacib 5 səbəbi diqqətinizə çatdırır.


• Əsas məqsəd – "qızıl dubl"

Çempion olmasa belə, “Qarabağ” üçün mövsümü uğurlu saymaq olar. "Atlılar" bu mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı və orda qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdü, hətta qrupdan çıxma şansı da oldu. Avrokuboklarda mübarizəni dayandırandan sonra komanda diqqətini və tam gücünü ölkə çempionatına və kuboka yönəltdi. Bu yolda inamla irəliləyən Qurbanovun "drujina"sı bu tura qədər çempionatda ən yaxın rəqibindən 8 xal öndə, ölkə kubokunun isə finalındadı - necə deyərlər, "qızıl dubl"un  biraddımlığında...




• Zəif rəqiblər

Mövsümün əvvəlində  “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qəbələ” hazırkı liderin iddialı rəqibləri "obrazını" oynaya bilirdilər. Lakin ardı olmadı və "ssenaridən" qopmalar olduğu üçün “çaya çatmamış çarığını çıxarma” atalar misalı bir daha özünü təsdiqlədi. “Neftçi” Böyükağa Hacıyevin gedişi və idarəçilik sistemindəki yanlışlıqlar səbəbindən “çökdü”, “İnter” Kaxaber Sxadadzenin Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə təyinatından və maliyyə problemlərindən sonra sarsıldı, “Xəzər Lənkəran” büdcənin azaldılmasını gəncləşdirmə siyasəti adı ilə ört-basdır edilməsindən sonra iddiasını itirdi, “Qəbələ” isə ümumiyyətlə hələ çempionluq iddiasında görünmür, bundan sonrasına minnət...

İndi isə “Qarabağ”ın yuxarıdakı komandalara qarşı keçirdiyi oyunlarına nəzər salaq. Ağdamlılar iddialı rəqiblərə qarşı oynadığı 14 matçın 7-də qələbə qazanıb, 5-də heç-heçə oynayıb, cəmi 2-də isə məğlub olub. Qurbanovun yetirmələri bu görüşlərdə  26 xal toplayıb. Bu isə onların ümumilikdə çempionatdakı xallarının (64) təxminən 1/3-i deməkdi. “Qararabağ”ın əsas rəqiblərə qarşı matçları və turnir cədvəli ilə bu cədvəllərdə tanış olun:
 

I dövrə
Matç Hesab
“Qarabağ” – “İnter” 0:0
“Neftçi” – “Qarabağ” 1:3
“Qarabağ” – “Qəbələ” 2:0
“Qarabağ” – “Xəzər Lənkəran” 3:2
II dövrə
“İnter” – “Qarabağ” 0:0
“Qarabağ” – “Neftçi” 0:0
“Qəbələ” – “Qarabağ” 2:1
“Xəzər Lənkəran” – “Qarabağ” 2:3
III dövrə
“Neftçi” – “Qarabağ” 0:1
“Qarabağ” – “Qəbələ” 0:1
“Qarabağ” – “Xəzər Lənkəran” 1:0
“Qarabağ”  - “İnter” 0:0
IV dövrə
“Qarabağ” – “Neftçi” 3:2
“Qəbələ” – “Qarabağ” – 1:1 1:1

Geridə qalan 33 turdan sonra öz aralarındakı görüşlər
N Klublar O Q H M T-F X
1  Qarabağ 14 7 5 2 18-11 26
2  İnter 13 6 6 2 17-7 24
3  Qəbələ 15 6 5 4 16-19 23
4  Neftçi 15 3 6 6 15-19 15
5 Xəzər Lənkəran 15 2 3 10 16-26 9




• Nizam-intizam; anti-"qırmızı"...

“Qarabağ” ötən mövsüm olduğu kimi bu mövsüm də nizam-intizama ən yüksək səviyyədə riayət edir -  29 oyunda 51 sarı vərəqə alıb. Uzun fasilədən sonra  çempionluqla nəticələnən  2013/14 mövsümündə də qırmızı vərəqə almamışdı, bu mövsüm də  eyni  ssenari ilə davam edir. Burda baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovun əməyi danılmazdı. Birincinin komandasına tətbiq etdiyi oyun fəlsəfəsi, ikincinin isə meydanda oyunçulara rəhbərliyi onların az cəzalanmasına gətirir. Mövsümün əvvəlində favorit göstərilən komandardan ən intizamsızı “Neftçi”di. “Ağ-qaralar” bütün çempionat boyu 86 "sarı", 6 dəfə isə "qırmızı"lıq cəzalar alıb. Bundan əlavə, “Qarabağ”ın futbolçuları meydanda bir-birinə isti münasibəti ilə seçilir. Komandada “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” devizi özünü büruzə verir.


Komanda Sarı Qırmızı
Qarabağ 51 0
İnter 50 1
Qəbələ 73 2
Xəzər Lənkəran 53 6
Neftçi 86 6




• Sabit heyət

Qurban Qurbanov çempionluğa gedən yolda heyətdə tez-tez dəyişikliklər eləməkdən vaz keçib. Komandanın qapısında demək olar ki, dəyişiklik edilmir. Geridə qalan 29 matçın 27-də İbrahim Şehiş, yalnız ikisində Fərhad Vəliyev çərçivəni qoruyub. Maraq üçün deyək ki, mövsümboyu “Neftçi” ( Aqil Məmmdov – 11 oyun / 10qol, Saşa Stamenkoviç – 11 oyun / 12 qol, Emil Balayev – 8 oyun / 5 qol), “Qəbələ” (Kamran Ağayev – 15 oyun / 20 qol, Dmitri Bezotosnı – 12 oyun / 9 qol, Anar Nəzirov – 3 oyun / 7 qol) və “Xəzər Lənkəran” (Vekoslav Tomiç / 13 oyun / 25 qol, Orxan Sadıqlı – 8 oyun / 15 qol, Cahangir Həsənzadə - 5 oyun / 4 qol) hərəsi üç qapıçının xidmətindən yararlanıb.

Müdafiə xəttində isə əksəriyyət oyunlarda Maksim Medvedev (20 oyun), Bədavi Hüseynov (26 oyun), Rəşad Sadıqov (19 oyun) və Ansi Aqolli (24 oyun) çıxış edib. Baş məşqçi digər müdafiəçilər İlqar Qurbanova 10, Tərlan Quliyevə 7, Şəhriyar Əliyevə isə cəmi 2 oyunda şans verilib.

Yarımmüdafiə haqda da eyni sözləri demək olar. Riçard Almeyda (28 oyun), Leroy Corc (24 oyun), Cavid Tağıyev (27 oyun), Namiq Yusifov (22 oyun), Namiq Ələsgərov (18 oyun) komandanın yarımmüdafiə xəttinin demək olar ki, əvəzolunmaz üzvləridi. Bundan əlavə komandanın yarımmüdafiə xəttinin əsas fiquru Çumbinyonun zədəli olması “atlılar”ın oyununa çox böyük təsir edib.

“Qarabağ”ın hücum xətti də mövsümboyu stabil olub desək, yanılmarıq. Muarem Muarem 27, Reynaldo 21, Vüqar Nadirov 23 dəfə meydana çıxıb. Bu il heç özünə bənzəməyən Danilo Dias isə cəmi 6 matçda meydanda olub. Yarımmövsüm “Qarabağ”ın formasını geyinən İnnosent Emeqara 7 matçda şans alıb.

 
N Futbolçu Oyun sayı Dəqiqə Qol
13 İbrahim Şehiç 27 2430 -24
2 Fərhad Vəliyev 2 180 -1
20   Riçard Almeyda 28 2073 3
2  Qara Qarayev 27 1986 0
77  Cavid Tağıyev 27 1535 2
10  Muarem Muarem 27 2000 7
55   Bədavi Hüseynov 26 2323 1
25  Ansi Aqolli 24 2027 0
41  Leroy Corc 24 1820 7
17  Vüqar Nadirov 23 1305 4
7  Namiq Yusifov 22 1090 0
9 Reynaldo Silva 21 1708 12
5  Maksim Medvedev 20 1800 1
14  Rəşad Sadıqov 19 1593 0
99  Namiq Ələsgərov 18 809 1
24 Admir Teli 16 1125 0
6  Hacı Əhmədov 12 496 0
18 İlqar Qurbanov 10 774 2
20  İnnosent Emeqara 7 470 4
3 Tərlan Quliyev 7 585 0
11  Danilo Dias 6 202 0
70   Çumbinyo 4 304 2
33  Şəhriyar Əliyev 2 149 0
21  Tural Rzayev 1 7 0




• Artan azarkeş dəstəyi və ictimai diqqət

Ümumiyyətlə Azərbaycan Premyer Liqası oyunlarına azarkeş marağının səviyyəsi hamıya məlumdu. Uğurlu nəticələri sıralandıqca ev oyunlarına azarkeş cəlbi yüksələn "Qəbələni" çıxsaq, digər iddialıların getdikcə tərəfdar itirməkdə olduğu göz önündədir. Ancaq “Qarabağ” bu mövsüm bu tərəfdən irəliləyişə nail olub. Uzun illər sonra ölkə çempionluğu, Avropa Liqasındakı uğurlı çıxışlar və həm də işğal olunmuş Ağdamı təmsil eləməsi komandanın azarkeşlərini xeyli artırıb. Klub rəhbərliyi demək olar ki, həm səfər, həm ev oyunlarında “İmarət” azarkeş qrupunun dəstəyi üçün lazımi şərait yaradır. Bəzi matçlarda isə “Qarabağ”a xanım fanatların da dəstək verdiyini görmək olar. Rəsmi rəqəmlərə görə “Qarabağ”ın matçlarını bu mövsüm 52 mindən çox azarkeş izləyib. Bu göstəriciyə görə “atlılar” yalnız “Xəzər Lənkəran” (67 min) və “Neftçi”dən (58,2 min) geri qalır.




Şəfi ŞƏFİYEV


oxunma sayı: 2204 | Paylaş:




?>