')

Bu gün:


FutbolPress.Az | Ançelotti "Barselona"ya söz atdı: "Bir oyunu 8:0 udmaqdansa..."

Ançelotti "Barselona"ya söz atdı: "Bir oyunu 8:0 udmaqdansa..."


oxunma sayı: 1579 Paylaş:

FutbolPressDünən İspaniya La Liqasının XXXV turunda "Real" Madrid səfərdə "Sevilya" üzərində 2:3 hesablı çətin qələbə qazandı. 

Matçdan sonra "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti görüş haqda fikirlərini bölüşüb. İtaliyalı çalışdırıcı vacib qələbə qazandıqlarını və komandasından razı qaldığını qeyd edib: 

"Vacib qələbə qazandıq. Belə oyunlarda qalib gəlmək, primeroda mübarizəni davam etdirmək və özünəinam baxımından əhəmiyyətlidi. Ronaldo bu gün əsl ulduz idi. Tezliklə Beyl və Benzema da tam gücü ilə oyuna qoşulduqdan sonra biz daha yaxşı bir komanda görəcəyik”.

“Barselona”nın “Kordoba” üzərindəki 0:8 hesablı qələbəsi haqda danışan təcrübəli mütəxəssis belə nəticəyə təəccüblənmədiyini vurğulayıb və bir növ katalanlara söz atmaqdan da çəkinməyib:

“Barselona" 8 qol vurub? Bu, normaldı. Hazırda onlar əla formada olan top komandadı. Ancaq mənə görə, bir oyunu 8:0 udmaqdansa, 8 oyunda 1:0 udmaq daha yaxşıdı". 


oxunma sayı: 1579 | Paylaş:




?>