"Bavariya" şokda: əsas heyətin üç üzvü zədələndi
Paylaş:
Dünən Almaniya Kubokunun yarımfinal mərhələsində "Bavariya" evdə "Borussiya" Dortmundla qarşılaşıb.
Matçın əsas vaxtı və əlavə hissələri 1:1 hesablı bərabərliklə bitib. Penaltilər seriyasında rəqibinə 0:2 hesabı ilə məğlub olan Pep Qvardiolanın komandası yarımfinalda mübarizəni dayandırıb.
Bundan əlavə Münhenlilər ciddi itkilərlə üzləşib.
Matçın gedişində meydan sahiblərinin heyətində Tyaqo Alkantara, Robert Levandovski və Aryen robben zədələnib və meydanı məcburən tərk eləməli olub.
Hollandiyalıda əzələ dartınması aşkarlanıb. İspaniyalı yarımmüdafiçiyə isə əzələ əzilməsi diaqnozu qoyulub. Ən ağır vəziyyətlə Levandovski üzləşib. Polşalı futbolçu beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər üç futbolçunun son durumu bu gün bilinəcək. Yerli mətbuatın yazdığına görə, onların həftəsonu Bundesliqada "Bayer" Leverkuzenə, ÇL-də isə "Barselona"ya qarşı matçlarda iştirakı sual altındadı.
| Paylaş: