Araz Abdullayevdən mükəmməl qol (VİDEO)
Paylaş:
Bu gün Azərbaycan Premyer Liqasının XXXI turun görüşləri keçirilir.
"Bakcell Arena"da "Qarabağ" "Neftçi"ni qəbul edir.
İlk hissədən sonra "atlılar" 2:1 hesabı ilə öndədi. Əvvəlcə Muarem Muarem 15-ci dəqiqədə meydan sahiblərini önə keçirib. 29-cu dəqiqədə isə Qurban Qurbanovun yetirmələri Cavid Tağıyevlə fərqi artırıb - 2:0.
Lakin "Neftçi" bu fərqi azalda bilib. 30-cu dəqiqədə Araz Abdullayev iti bucaq altında endirdiyi mükəmməl zərbə ilə hesabı 2:1 edib.
Həmin qolun videogörüntüsünü təqdim edirik:
| Paylaş: