')

Bu gün:


FutbolPress.Az | FIFA-dan "FutbolPress"in məktubuna cavab - "Xəzər Lənkəran"ın saxta manevri ifşa edildi (ARAŞDIRMA)

FIFA-dan "FutbolPress"in məktubuna cavab - "Xəzər Lənkəran"ın saxta manevri ifşa edildi (ARAŞDIRMA)


oxunma sayı: 2963 Paylaş:

FutbolPressVeldin Muharemoviçin transferindəki xətalar üzündən "Xəzər Lənkəran" növbəti zərbəyə məruz qalıb. Bu haqda xəbər vermişdik. Ancaq klub hər vasitəylə diqqətləri məsələdən ayırıb, müxtəlif yalan açıqlamalarla ictimaiyyət və azarkeşləri aldadırdı.

Azərbaycan klublarından doğru informasiya almağın müşkül olduğu aydındı. Buna görə də redaksiyamız məsələ ilə bağlı aprelin 20-i FIFA-ya sorğu məktubu ilə müraciət eləmişdi. 

Dünən axşam saatlarında məktuba qurumdan cavab gəlib və onu sizə təqdim edirik: 

“2014-cü ilin avqustun 20-də FIFA Mübahisələrin Həlli Palatasında (Dispute Resolution Chamber) Veldin Muharemoviçin “Xəzər Lənkəran”dan şikayətinə baxılıb və qərar qəbul edilib. Qərara əsasən “Xəzər Lənkəran”a iki transfer dönəmində heyətinə istər yerli, istərsə də legioner futbolçu qatmaq qadağan olunub. Məsələ ilə bağlı hər iki tərəf oktyabrın 21-i məlumatlandırılıb. “Xəzər Lənkəran” tərəfi isə qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (Court of Arbitration for Sport) şikayət edib. Hazırda orda bununla bağlı iş gedir”.

Araşdırmadan məlum oldu ki, qış transfer dönəmində "Xəzər Lənkəran"ın gəncləşdirmə adı qoyduğu "siyasət" əslində saxta imiş. FIFA-nın qoyduğu  transfer qadağasını ört-basdır eləmək, guya yeni formata keçid və s.

"Xəzər Lənkəran"ın bu cür idarəçilik səhvləri isə bir, iki, üç deyil. Məlum 6 xalın silinməsi kimi xətalar da klubun tarixinə tünd qara şriftlərlə yazılmış nöqsanlardandı.

Saxta manevr bu dəfə də ifşa edildi. "Xəzər Lənkəran"ın nə cür idarə edildiyi, himayədar Mübariz Mənsimovun aşkarlanan xətalar qarşılığında hansı addımlar atdığı isə ictimaiyyətə, azarkeşlərə məlum deyil. Klub rəhbərliyinin azarkeşlərə hörmətsizliyi bunlarla bitmir.





oxunma sayı: 2963 | Paylaş:




?>