EKSKLÜZİV! "İnter" dağılır
Paylaş:
Ölkə futbolunda maliyyə təlatümü hər gün şok məlumatların üzə çıxması ilə müşahidə olunur. İdarəçilərin bu gərgin situasiya qarşısında necə davranacağı və hökumətin müdaxilələri vacibdir.
Bu arada, bəd xəbərlərdən biri də "İnter"lə bağlıdı. Məlumatlı mənbədən redaksiyamıza verilən məlumatda bildirilir ki, klubda ciddi maliyyə böhranı yaranıb.
Klub himayəçisi Cahangir Haciyevin Azərbaycan Beynəlxalq Bankındakı postundan istefa verməsi ilə başlayan gərgin vəziyyət artıq ağır böhrana keçid eləyib.
Məlumatda bildirilir ki, qarşıdakı tur AZAL-ı qəbul edəcək "bankirlər" ondan sonra Zaqatala səfərinə getməyə bilər. Səbəbsə puldur.
Məsələ ilə bağlı klubun mövqeyini öyrənməyə çalışırıq.
| Paylaş: