')

Bu gün:


FutbolPress.Az | Ronaldo tarixə keçdi: inanılmaz rekord

Ronaldo tarixə keçdi: inanılmaz rekord


oxunma sayı: 1089 Paylaş:

FutbolPressİspaniya La Liqasının XXXI turunda keçirilən "Real" Madrid - "Malaqa" matçı meydan sahiblərinin superulduzu Kriştiano Ronaldo üçün inanılmaz rekordla yadda qalıb. 

67-ci dəqiqədə penaltini qaçıran portuqaliyalı hücumçu 90+2-ci dəqiqədə axır ki istəyinə çatıb və oyunda son nöqtəni qoyub - 3:1. Bu, 30 yaşlı futbolçunun bu mövsümdə bütün turnirlərdə vurduğu 50-ci qolu olub. 

Bununla da Kriştiano Ronaldo İspaniya futbolu tarixində ardıcıl 5 mövsüm 50 və daha çox qol vuran ilk futbolçu adını qazanıb. 

La Liqada 39, Çempionlar Liqasında 8, UEFA Superkubokunda 2 və İspaniya Kubokunda 1 dəfə fərqlənən Ronaldo "Real"a gələndən sonra yalnız bir mövsüm 50 qolluq həddi keçə bilməyib. 2009/10 mövsümündə hücumçu 33 qol vurub.


oxunma sayı: 1089 | Paylaş:





?>