')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin müdafiəçisi etiraf etdi: "Rəqibi buraxmağa məcbur oldum"

"Neftçi"nin müdafiəçisi etiraf etdi: "Rəqibi buraxmağa məcbur oldum"


oxunma sayı: 180 Paylaş:

FutbolPress“Qəbələ”nin  belə oynaması bizimçün gözlənilməz oldu. Təəssüf ki, komanda tam olaraq diqqətini bu oyuna yönəltməmişdi. Psixoloji cəhətdən çətin oldu. Bəlkə də mən Azərbaycana gəldiyim gündən indiyə qədər “Qəbələ” bizə qarşı ən yaxşı oynayan komanda oldu".

Bunu "Neftçi"nin müdafiəçisi Karlos Kardozo Azərbaycan Premyer Liqasının XXX turunda evdə "Qəbələ"yə 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra deyib. 

Təcrübəli futbolçu "Qəbələ"nin ikinci qol vurduğu epizodda qayda pozuntusunun olduğunu bildirib, üçüncü qolda isə səhv eləməyə məcbur qaldığını etiraf edib:

"Rəqibin ikinci qolunda qayda pozuntusu var idi. Amma hakim oyunu pis idarə etdiyini deyə bilmərəm. Üçüncü qolda isə mən səhv buraxdım. Qaydanı pozmaq istəmədim. Mənim şərti cəzam var. Altı ay ərzində qırmızı vərəqə ala bilmərəm. Buna görə də rəqibi buraxmağa məcbur oldum".

Braziliyalı oyunçu əsas diqqətlərini kubok matçına yönəltdiklərini və çempionatın bürünc medallarını qazanmaq üçün əllərindən gələni eləyəcəklərini vurğulayıb:

"Diqqətimizi "İnter"ə qarşı kubok matçına yönəltmişik. Tam olaraq əminəm ki,  ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da qələbə qazanacağıq. Çempionatda isə əsas məqsədimiz bürünc medallar qazanmaqdı. Əgər başqa titul qazanmaq şansımız yoxdursa, yaxşı oynayıb ikinci yer uğrunda mübarizə aparmaq lazımdır. Bu gün hələ “Qarabağ”ın çempion olacağını demək olmaz"


oxunma sayı: 180 | Paylaş:




?>