')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Premyer Liqası: bombardirlər cədvəlində dəyişiklik oldu

Azərbaycan Premyer Liqası: bombardirlər cədvəlində dəyişiklik oldu


oxunma sayı: 323 Paylaş:

FutbolPressDünən Azərbaycan Premyer Liqasında XXX turun görüşləri keçirilib. 

Tur çempionatın bombardirlik cədvəlində dəyişikliklə yadda qalıb. 

"Bakı"nın hücumçusu Nurlan Novruzov AZAL-la matçda fərqlənərək bu mövsüm vurduğu qolların sayını 13-ə yüksəldib. Bununla da gənc futbolçu bombardirlər cədvəlində "Simurq"un üzvü Draqan Çeranı bir qol qabaqlayıb. 

Mövsümün ən sərrast oyunçuları sırasında növbəti yerləri hərəyə 9 dəfə fərqlənən "Qarabağ"dan Reynaldo Silva, "Sumqayıt"dan Məhəmməd Qurbanov, "Neftçi"dən Nikolas Kanales və "Qəbələ"dən Cavid Hüseynov tutur. 

Premyer Liqada bu mövsüm ən çox qol vuran 10 oyunçunun adı aşağıda qeyd olunub:


Nurlan Novruzov ("Bakı") - 13 qol
Draqan Çeran ("Simurq") - 12 qol
Reynaldo Silva ("Qarabağ") - 9 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 9 qol
Nikolas Kanales ("Neftçi") - 9 qol
Cavid Hüseynov ("Qəbələ") - 9 qol
Freddi Mombonqo (AZAL) - 8 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol    
Rəşad Eyubov ("Simurq") - 7 qol


oxunma sayı: 323 | Paylaş:




?>