')

Bu gün:


FutbolPress.Az | Əsədov idarəçilikdən və rəqib oyunçularından narazı qalıb

Əsədov idarəçilikdən və rəqib oyunçularından narazı qalıb


oxunma sayı: 218 Paylaş:

FutbolPress“Ağır oyuna çıxmışdıq. Kubokdan əlini üzən “Qəbələ” bütün fikrini çempionata yönəldib. Biz isə həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Görünür ki, sıx qrafik oyunçularda yorğunluğa səbəb olub".

Bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının XXX turunda "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, hakimlik haqda danışmasa da, rəqib oyunçuların ədalətli oyun pronsiplərinə əməl etmədiyini bildirib: 

"Hazırda bütün diqqətimizi kuboka yönəltmişik və bu matça hazırlaşmalıyıq. Komandam ikinci hissəyə yaxşı başladı. Lakin rəqibin vurduğu ikinci qol çox şeyi həll etdi. Hakimlikdən danışmaq istəmirəm. Səhv etmirəmsə ikinci qolda Cavid Hüseynov əl ilə oynamışdı.  Eyni zamanda, oyunçular  ədalətli oyun prinsipinə də əməl edə bilərdilər. Necə ki biz bəzi epizodlarda bunu etdik”.


oxunma sayı: 218 | Paylaş:




?>