')

Bu gün:


FutbolPress.Az | Roman Qriqorçuk ardıcıl 7-ci qələbəsindən danışdı

Roman Qriqorçuk ardıcıl 7-ci qələbəsindən danışdı


oxunma sayı: 166 Paylaş:

FutbolPress“Çox vacib qələbə qazandıq. Yaxşı nəticə əldə etdik. Futbolçularımın oyunu xoşuma gəldi. Hər bir oyunçu özünə güvənirdi. Düzdür, ilk hissədə “Neftçi” hesabı bərabərləşdirdi. Amma biz özümüzə daha çox güvəndik və qollar vurduq".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXX turunda "Neftçi"yə 1:3 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, Premyerliqada ardıcıl 7-ci qələbəsini qazanan "Qəbələ"nin düzgün yolda olduğunu vurğulayıb:

"Qələbə onu göstərdi ki, biz psixoloji cəhətdən hazırıq. Mən komandama hər zaman inanıram. Son oyunlar onu göstərir ki, biz düzgün yoldayıq".


Ukraynalı mütəxəssisin sözlərinə görə, komandası hazırda yaxşı oyun sərgiləyir:

"Daha da inkişaf etməliyik. İnkişaf etmək özü bir bacarıqdır. Çalışmalıyıq ki, daha da irəli gedək. Azərbaycan Premyer Liqasında zəif komanda yoxdur. Futbolçularımın hər biri öz işindən həzz almalıdır. Ardıcıl qələbələr əlavə motivasiyadır. İndiki qələbə oyunçuları növbəti oyunlara kökləyir”.


oxunma sayı: 166 | Paylaş:




?>