')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov problemlərdən danışdı

Tərlan Əhmədov problemlərdən danışdı


oxunma sayı: 169 Paylaş:

FutbolPress"Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq. Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır".

Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XXX turunda "Sumqayıt"la oyundan 1:1 hesablı bərabərliklə bitən matçdan sonra keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis komandasında olan problemlərdən danışıb:

"Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadır ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdir”.


oxunma sayı: 169 | Paylaş:




?>