')

Bu gün:


FutbolPress.Az | Giorgi Çixradze: "Həmin oyunda fərqli "Simurq" görəcəksiz"

Giorgi Çixradze: "Həmin oyunda fərqli "Simurq" görəcəksiz"


oxunma sayı: 228 Paylaş:

FutbolPress"Var gücümüzlə mübarizə apardıq. İkinci yarıda əsas heyətin 3 üzvünü meydana buraxdım ki, oyunun nəticəsinə təsir edə bilək. Amma əlimizə düşən imkanlardan yararlana bilmədik. "Qarabağ" bizi əks hücumda yaxaladı və ikinci qolu vurdu".

Bunu "Simurq"un baş məşqçisi Giorgi Çixradze Azərbaycan Premyer Liqasının XXX turunda evdə "Qarabağ"a məğlub olduğu matçdan sonra keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis əsas diqqətini kubok matçına yönəltdiklərini açıqlayıb: 

"Əsas diqqətimizi kubok matçına yönəltsək də, bu oyunda da məğlub olmaq istəmirdik. Kubok oyununda həm oyun, həm də heyət fərqli olacaq. Bu bizimçün mövsümün ən vacib görüşü olacaq. Həmin oyunda fərqli "Simurq" görəcəksiz". 


oxunma sayı: 228 | Paylaş:




?>