')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov risk etdi, "Qarabağ" qalib gəldi

Qurban Qurbanov risk etdi, "Qarabağ" qalib gəldi


oxunma sayı: 265 Paylaş:

FutbolPress"Qışda, çempionatın ikinci hissәsi başlayandan әn çәtin oyunumuzu keçirdik. "Simurq"a qarşı matçlar hәmişә ağır olur. Rəqib kompakt oynayan komandadı, xüsusi vә sabit fәrqli oyun tәrzi var. Bizimçün belә rәqiblә oynamaq çәtin olsa da, xoşdur".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXX turunda "Simurq"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı qələbə qazandıqları matçda risk etdiklərini bildirib:

"Risklәrimiz çox oldu. Әsas heyәtlә başladıq oyuna, zәdәlәnәn ola bilәrdi. Ancaq risklәrsiz dә olmur. Üç gün sonra burda kubokun yarımfinalında qarşılaşacağıq. Komanda, biz burda qalacağıq. Adaptasiya da bugünә nisbәtәn daha yaxşı olacaq". 

Görüşdə qeydə alınan hər iki qolun müəllifi qonaqların yarımmüdafiəçisi Muarem Muarem olub. Makedoniyalı futbolçu 18 və 80-cı dəqiqələrdə fərqlənməklə komandasına vacib 3 xal qazandırıb.


oxunma sayı: 265 | Paylaş:




?>