Qvardiolanın bu hərəkəti "Bavariya"da şok istefaya səbəb oldu (VİDEO)
Paylaş:
Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə "Portu"ya uduzan "Bavariya"da şok istefa reallaşıb.
Komandanın 38 illik həkimi Hans Vilhem Müller-Vohlfart Münhen klubundan ayrılıb.
Buna səbəb "Portu" ilə oyunda zədə səbəbindən Aryen Robben, Frank Riberi, Mehdi Benatiya, David Alaba, Xavi Martinez və Bastian Şvaynştaygerin xidmətindən yararlana bilməyən baş məşqçi Pep Qvardiola məğlubiyyətdə komandanın həkimini günahlandırması olub.
Qvardiola oyundan Vilhem Mülleri sərt şəkildə tənqid edib. Bundan onra təcrübəli həkim iş yerini tərk etmək məcburiyyətində qalıb.
İspaniyalı çalışdırıcı bundan əvvəl isə "Bayer" Leverkuzenlə kubok matçında həkimi sərt tənqid etmişdi.
ÇL-in 1/4 finalının ilk matçında "Portu" "Bavariya"nı 3:1 hesabı ilə məğlub edib.
| Paylaş: