')

Bu gün:


FutbolPress.Az | "Rəvan" Azərbaycanı avrokuboklarda təmsil edəcək

"Rəvan" Azərbaycanı avrokuboklarda təmsil edəcək


oxunma sayı: 1313 Paylaş:

FutbolPress2015/16 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klublardan biri bilinib.

Qitəmiqyaslı turnirlərə ilk vəsiqəni "Rəvan” qazanıb.

Dünən "Bakı"lı həmyaşıdlarını məğlub edən Fizuli Məmmədovun yetirmələri U-19 Liqasının çempionu olublar. Bununla da "sarı-qrımızılar" UEFA-nın Gənclər Liqasında çıxış edəcək ilk Azərbaycan klubu olmaq şansını əldə edib.

26 oyundan sonra 68 xal toplayan "uçan aslanlar" qalan turların nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edib. "Qəbələ”ylə "Simurq” liderə çatmaq üçün nəzəri şanslarını qorusalar da, şəxsi oyunlarda üstün olan "Rəvan” qızıl medalları təmin edib.

UEFA-nın ötən ilin sonlarında çıxardığı qərara əsasən, 2015/16 mövsümündən yarışda təkcə Çempionlar Liqasının qrupunda çıxış edən 32 klub deyil, həm də reytinqdə ilk 32 pillədə olan ölkələrin bu yaş qrupu üzrə çempionları da çıxış edəcək.

2014/15 mövsümündə yarışın qalibi İngiltərə "Çelsi”si olub. London təmsilçisi aprelin 13-də baş tutan finalda Ukrayna "Şaxtyor”unu 3:2 hesabı ilə məğlub edib.


oxunma sayı: 1313 | Paylaş:




?>