')

Bu gün:


FutbolPress.Az | Messi və Ronaldo eyni komandada oynayacaq  (FOTO)

Messi və Ronaldo eyni komandada oynayacaq (FOTO)


oxunma sayı: 2867 Paylaş:

FutbolPressUEFA yeni layihə həyata keçirmək niyyətindədi. Qitənin ali futbol qurumu hər il “All-Star” oyunu təşkil etmək istəyir.

2017-ci ildən keçirilməsi nəzərdə qarşılaşmada Avropanın şimalı və cənubu üz-üzə gələcək. Şimal komandasında İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası və Rusiya Premyer Liqasında çıxış edən futbolçular, Cənubun heyətində isə İspaniya La Liqası, Fransa Liqa 1 və İtaliya A seriyasında oynayan ulduzlar top qovacaq. Təklif olunan qaydalara əsasən bir klubdan maksimum 3 oyunçuya dəvət göndəriləcək. 

Artıq layihənin reallaşması üçün danışıqlara start verilib. Əgər danışıqlar müsbət nəticələnərsə, "Barselona"nın superulduzu Lionel Messi və "Real" Madridin göz bəbəyi Kriştiano Ronaldo eyni komandada oynayacaq.  

NBA-da hər il “All-Star” oyunu təşkil olunur. Orda Şərq və Qərb konferansı arasında matç keçirilir.



oxunma sayı: 2867 | Paylaş:




?>