')

Bu gün:


FutbolPress.Az |  AFFA fan-şopu: "Baha әtin şorbası"? (ARAŞDIRMA)

 AFFA fan-şopu: "Baha әtin şorbası"? (ARAŞDIRMA)


oxunma sayı: 4567 Paylaş:

FutbolPressBir müddətdir ki, AFFA-nın saytında onlayn fan-şop fəaliyyət göstərir.

Fan-şopda Azərbaycan milli komandanın formaları və yığmaya aid müxtəlif atributlar satılır. Sosial şəbəkələrdə də reklam olunan fan-şop kifayət qədər “like” yığsa da, azarkeşlər məhsulların bahalığından narazıdı.

Fanatların narazılığı haqlıdırmı?

“Umbro” firmasının istehsalı olduğu məhsullar digər ölkə yığmalarının formalarından bahadı. Qiymətlər arasında 2, hətta 3 dəfəyə qədər fərqlər var.
“Umbro” şirkəti ümumiyyətlə bir sıra millilər və klublarla əməkdaşlıq edir. Şirkətin rəsmi “vikipedia”sında göstərilir ki, firma Azərbaycanla yanaşı Botsvana, Kanada, Mərkəzi Afrika Respublikası, Qrenlandiya, Fransa Qvianası, Qvatemala, İrlandiya, Malavi, Peru, Serbiya, Türkmənistan və Zimbabve millilərinin formalarının istehsalı ilə məşğuldu.

Bu  yığmaların əksərinin  nəinki fan-şopları, heç düz əməlli federasiya saytları da mövcud deyil. Bunlardan yalnız ikisinin fan-şopunu tapa bildik – Kanada və İrlandiya.

Kanada millisinin oyun köynəyinin qiyməti 80 dollardı (Bildirək ki, orijinal forma ilə oyun köynəyinin qiymətində də fərq olur). Bu da təxminən 84 manat deməkdi. Amma Azərbaycan millisinin rəsmi fan-şopundakı oyun köynəyinin qiyməti 99 manatdı. Kanada millisinin orijinal adlı formasının qiyməti 105 manat olduğu halda, bizdə üstündə Banişevskinin adı yazılan geyimin qiyməti 149 manata başa gəlir.

Qiymətlər arasındakı fərqlərlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.


"Umbro" şirkətinin istehsal etdiyi formalar, AZN-lə
Məhsul Azərbaycan Kanada İrlandiya
Oyun köynəyi (qısaqol) 99 84 76
Oyun köynəyi (uzunqol) 99 - 78
Oyun şortu 69 - 30
Gödəkçə 199 (nümayiş) 105 61
Adlı forma 149 115 -
İdman corabları 19 - 11

Məsələ ilə əlaqədar AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəhbəri Cavid Qarayevlə əlaqə saxladıq. Qurum rəsmisi qiymətlərin belə baha olmasının səbəblərini açıqladı:

“Formaların qiyməti şirkət tərəfindən təyin olunur. Burda əsas məqam atributlarda necə cür rəng parça sərf olunmasıdı. Məsələn, bizim formalarda bir sıra rənglər var. Təkcə Azərbaycan millisinin bayrağının əks olunması üçün bir neçə rəngdən istifadə olunur. Formalar ilk baxışdan sadə görsənir. Lakin onu əlinə alanda o saat orijinallığı bilinir. Bunlar replika formalar deyil. İkincisi formaların xaricdə istehsal olunmasıdı. “Umbro” firmasının da tələbi var ki, bu qiymət aşağı ola bilməz. Biz istəyirik ki, saytımızda replika formalar da olsun. Hazırda bununçün iş görürük.

Cavid Qarayev Kanada, İrlaniya kimi millilərin formaları arasındakı qiymət fərqlərini belə izah etməyə çalışdı:

“Fərqlərin olması mümkündü. Amma o formalar replika ola bilər. Şirkət hər ölkənin alıcılıq qabiliyyətinə uyğun qiymət qoyur. Məsələn, qiymət aşağı olsa, alıcı formanın replika olduğunu zənn edəcək. “Umbro” ilə bu ilin axırına kimi müqaviləmiz var. Yalnız ilin sonunda analizlər aparılacaq və ola bilər ki, növbəti ildən digər şirkətlərlə müqavilə imzaladıq”.

Mütəxəssis həm də fan-şopun oflayn formada fəaliyyət göstərdiyini bildirdi:

“İnternetdən əlavə fan-şopdakı məhsulları “Park Bulvar”dan da əldə eləmək olar. Yəni orda da bizim oflayn satış məntəqəmiz var. Həmin məntəqədə satışı AFFA həyata keçirmir, amma bizim lisenziyamızla iş görülür. Həm onlayn, həm də oflayn məntəqələrdə məhsulların qiyməti eynidi. Bayramlar zamanı bəzi endirim və güzəştlərimiz də olur.

Bəzi milli komandaların formalarının qiymətləri












oxunma sayı: 4567 | Paylaş:




?>