')

Bu gün:


FutbolPress.Az | AZAL-ın məğlubiyyətində günahkar kimdi?

AZAL-ın məğlubiyyətində günahkar kimdi?


oxunma sayı: 199 Paylaş:

FutbolPress"Hər iki komandanın ifasında mübarizəli oyun keçdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı".

Bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XXVII turunda məğlub olduqları "Simurq"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis komandasının məğlubiyyətində özünü günahlandırıb:

"Biz penaltini dəqiq yerinə yetirsəydik, hər şey fərqli ola bilərdi. Məğlubiyyətə görə günah məndədir. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm".

44 yaşlı çalışdırıcı məğlubiyyətə baxmayaraq futbolçulardan razı qaldığını bildirib:

"Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdir. Onun işinə isə müvafiq qurumlar qiymət verir”. 


oxunma sayı: 199 | Paylaş:




?>