')

Bu gün:


FutbolPress.Az | Berti Foqtsun yeni iş yeri bilindi

Berti Foqtsun yeni iş yeri bilindi


oxunma sayı: 942 Paylaş:

FutbolPress2014-cü ilin oktyabrında Azərbaycan millisinin baş məşqçi postundan gedən Berti Foqtsun yeni iş yeri bilinib.

"U.S. Soccer"in məlumatına görə, 68 yaşlı mütəxəssis bundan sonra ABŞ millisində çalışacaq. O, yığmanın texniki məsləhətçisi olacaq.

Avropada futbolu ilə yaxşı tanış olan almanyalı "köhnə qitə"də oynayan amerikalı futbolçuları izləyəcək, skaut işiylə məşğul olacaq və gənc futbolçular axtaracaq.

2008-14-cü illərdə Azərbaycan yığmasını çalışdıran Berti Foqts ötən il Braziliyada keçirilən dünya çempionatında ABŞ millisində baş məşqçi işləyən həmyerlisi Yurgen Klinsmanın müşaviri olub.


oxunma sayı: 942 | Paylaş:




?>