EKSKLÜZİV! "Qәbәlә"nin yay transfer bombası hazırlanır
Paylaş:
Roman Qriqorçukun gəlişindən sonra iddiasını artıran “Qəbələ” yayda heyətini gücləndirmək və növbəti mövsümdən çempionluq uğrunda mübarizə aparmaq niyyətindədi.
“FutbolPress” eksklüziv xəbər verir ki, “qırmızı-qaralar” mövsümün sonunda daha iki legioneri transfer edə bilər.
Bunlar konqolu hücumçu Junior Kabananqa və seneqallı müdafiəçi Pape Abdulayedi.
Junior Kabananqa 1989-cu ilin aprelin 4-də Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada doğulub. Juniorun ilk klubu yerli “Etançeyte” olub. O, 2010-ci ilin yayında Belçika “Anderlext”inə transfer olunub. Yarım mövsüm keçirdiyi cəmi 5 oyunda cəmi bir qol vuran gənc futbolçu növbəti qışda icarə əsasında “Jerminal"a keçib. Lakin o özünü burda da yaxşı tərəfdən göstərə bilməyib – 3 oyun, 0 qol. 2011/12 mövsümündə də “Anderlext”in heyətində meydana çıxa bilməyən Junior 2012-ci ilin yayında “Roeslar”a transfer olunub və burda bir mövsümdə meydana çıxdığı 29 oyunda 5 qol vurub. 2013-cü ilin yayında isə afrikalı forvard “Brügge”yə keçib. İlk mövsümdə 34 oyuna 5 dəfə fərqlənən Kabananqa bu mövsüm meydana çıxmayıb. Hücumçu həm də Konqo millisinə çağırılıb və Afrika Millətlər Kubokunda iştirak edib.
Mövsüm
Klub
Oyun
Qol
14/15
Brügge (Belçika)
-
-
13/14
Brügge (Belçika)
34
5
12/13
Roeslar (Belçika)
29
5
11/12
Anderlext (Belçika)
0
0
10/11
Jerminal - İcarə (Belçika)
3
0
10/11
Anderlext (Belçika)
5
1
2010
Etançeyte (Konqo DR)
-
-
2009
Etançeyte (Konqo DR)
-
-
2014 -
Milli komanda
3
1
Ümumi
71
11
Pape Abdulaye isə 1992-ci il, dekabrın 22-də Seneqalda doğulub. 2011-ci ildə Slovakiya “Treşin”inə transfer olunan müdafiəçi 8 dəfə oyun keçirib. 2013-cü ilin yayında isə Belçika “Antverpen”inə keçib. Həmin ilin yanvarına kimi cəmi 10 oyun keçirən gənc futbolçu mövsümün qalan hissəsini icarə əsasında “Oostervik”də keçirib. O burda 11 dəfə meydanda olub. 2014-15 mövsümündə isə Abdoulaye “Antverpen”in əsas oyunçusuna çevrilib və 23 görüşdə komandasına kömək edib.
Mövsüm
Klub
Oyun
Qol
14/15
Antverpen (Belçika)
23
0
13/14
Oostervik - İcarə (Belçika)
11
0
13/14
Antverpen (Belçika)
10
0
11/12
“Trençin” (Slovakiya)
8
0
| Paylaş: