113 yaşlı "Real" Madridin ən yaxşı "11-liy"i
Paylaş:
Bu gün "Real" Madridin 113 yaşı tamam oldu.
Rəsmi olaraq 1902-ci ilin martın 6-da qurulan "Real"ın ilk orijinal adı "Sociedad Madrid Foot Ball Club" olmuş, ancaq Kral XIII Alfonso tərəfindən verilən ad nəticəsində adın əvvəlində Real (kralla əlaqəli) sözü artırılmışdır.
"Real" Marid FIFA tərəfindən XX əsrin ən yaxşı klubu adını qazanmışdır və 1928-ci ildə qurulan İspaniya La Liqasını heç vaxt tərk eləməmişdir.
"Real" Madrid nəinki İspaniyada, həm də bütün Avropa və dünyada ən tanınan klublardan biri, bəlkə də birincisidir. "Kral klubu" 10 dəfə Çempionlar Liqasını, 32 dəfə La Liqanı, 19 dəfə isə ölkə kubokunu qazanıb. Bundan əlavə "Real" İspaniya Superkubokunu (9), UEFA Kubokunu (2), UEFA Superkubokunu (2), Qitələrarası kuboku (3), Klublararası dünya çempionatını və.s digər trofeyləri qazanıb.
"Deloitte" versiyasına görə, "Real" həm də dünyanın ən bahalı futbol klubudur. Paytaxt klubunun səhmlərinin ümumi qiyməti 9,5 milyard dollar civarındadı.
113 yaşı ilə əlaqədar məşhur "goal.com" saytı "Real" Madrid tarixinin ən yaxşı "11-liy"ini açıqlayıb:
Qapıçı: İker Kasilyas (1999 -...)
Müdafiəçilər: Çendo (1982-98), Serxio Ramos (2005-...), Fernando Hierro (1989-2003), Roberto Karlos (1996-2007)
Yarımmüdafiəçilər: Pirri (1964-80), Zinəddin Zidan (2001-06)
Hücumçular: Alfredo di Stefano (1953-64), Fransisko Gento (1953-71), Raul (1992-2010), Kriştiano Ronaldo (2008-...)
| Paylaş: