')

Bu gün:


FutbolPress.Az | Kriştiano Ronaldodan daha bir ilk

Kriştiano Ronaldodan daha bir ilk


oxunma sayı: 1139 Paylaş:

FutbolPressİspaniya La Liqasının 30-cu turunda "Real" Madrid doğma publika önündə "Vilyarreal"la 1:1 hesablı heç-heçəyə razılaşıb. 

Sözügedən görüşdə hesabı açan meydan sahiblərinin hücumçusu portuqaliya Kriştiano Ronaldo üçün bu qol primeroda cari mövsümdə 30-cu olub. 

Beləliklə, 30 yaşlı futbolçu son Avropanın aparıcı çempionarlarında ardıcıl 5 mövsümdə 30 və daha çox qol vuran ilk oyunçudu. Bundan əvvəlki mövsümlərdə o La Liqada 31, 34, 46 və 40 qol vurub.  

52-ci dəqiqədə penaltidən fərqlənməklə Ronaldo həm də La Liqa tarixində ən çox 11 metrlik cərimə zərbəsi vuran futbolçular siyahısında ikinci yerə yüksəlib. Onun aktivində 45 penalti var. İlk pillədə isə "Real"ın sabiq üzvü Hüqo Sançes qərarlaşıb - 56.


oxunma sayı: 1139 | Paylaş:




?>