İngiltərədə biabırçılıq: stadionun mərkəzində sekslə məşğul oldular (FOTO / VİDEO)
Paylaş:
"The Daily Mirror"un məlumatına görə, ingilis cütlük gecə saatlarında "The Valley" arenasına daxil olub və meydanın mərkəzi dairəsində cinsi əlaqədə olublar.
Bu hadisənin videogörüntüsü internete yayılandan sonra London klubunun rəhbərliyi araşdırmalara başladığını bəyan edib. Rəhbərlik cütlüyün stadionun mühafizə xidməti ilə yaxın əlaqələrə malik olduğunu da inkar eləmir.
"Çarlton" hazırda Çempionşipdə mübarizə aparır. Komanda 33 oyundan sonra 16-cı pillədə qərarlaşıb. Londonlular sonuncu dəfə Premyer Liqada 2006/07 mövsümündə iştirak edib.
İngiltərənin köklü klublarından olan "Çarlton"un stadionunda baş verən bu hadisə bütün Avropa idman mətbuatını zəbt edib.
| Paylaş: