')

Bu gün:


FutbolPress.Az | Azərbaycanda "transfer pəncərəsi" bağlandı: kim gəldi, kim getdi? (YENİLƏNİB)

Azərbaycanda "transfer pəncərəsi" bağlandı: kim gəldi, kim getdi? (YENİLƏNİB)


oxunma sayı: 2881 Paylaş:

FutbolPressAzərbaycanda qış “transfer pəncərəsi” rəsmən bağlandı.

Azərbaycan Premyer Liqasının bəzi komandaları heyətlərini gücləndirsələr də, bir çoxu transfer dönəmini səssiz keçirdilər.

"Qış çempion"u “Qarabağ” heç bir transfer həyata keçirməyən yeganə komanda oldu. “Qəbələ” isə hamıdan çox transfer eləməklə yadda qaldı. 

“Transfer pəncərəsi” bağlansa da, komandalar heyətlərini yenə də gücləndirmək imkanına malik olacaqlar. Ancaq bundan sonra yalnız azad agent statusu daşıyan futbolçular istənilən klubla müqavilə bağlaya bilərlər.

Bütün "transfer pəncərəsi" zamanı sizə ən son xəbərləri çatdıran "FutbolPress" elita klublarındakı yekun dəyişiklikləri diqqətinizə çatdırır. 

“QARABAĞ”

Gələn: -
Gedən: İnnosent Emeqara (“San Xose Ertkveyks”, ABŞ)
Müqaviləsinin müddətini artıranlar: Çumbinyo, İbrahim Şehiç


“İNTER”
Gələnlər: Əfran İsmayılov ("Xəzər Lənkəran"), Yussef Fenniç (“Zvolle”, Hollandiya), Ruben Şaken (“Feyenord”, Hollandiya), Tural Hümmətov (“Araz Naxçıvan”)
Gedən: Mirzağa Hüseynpur (“Simurq”, icarəyə)
Müqaviləsinin müddətini artıranlar:


“NEFTÇİ”
Gələnlər: Aqil Məmmədov, Rəhman Hacıyev, Əziz Quliyev (hamısı “Bakı”), Rauf Əliyev (“Xəzər Lənkəran”),
Gedənlər: Emil Balayev (“Ayntraxt” Frankfurt, Almaniya), Nicat Qurbanov (AZAL, icarəyə), Elçin Sadıqov (“Bakı”, icarəyə), Elnur Allahverdiyev
Müqaviləsinin müddətini artıranlar: - 


“SİMURQ”
Gələnlər: Elnur Abdullayev ("Xəzər Lənkəran"), Xuan Alvarado (“Erqotelis”, Yunanıstan), Mirzağa Hüseynpur (“İnter”, icarəyə), Cihan Özkara (“Sivasspor”, Türkiyə)
Gedənlər: Məhərrəm Hüseynov (“Rəvan”), Lukas Tresnak, Murad Səttarlı
Müqaviləsinin müddətini artıran: Benjamin Lambot


“XƏZƏR LƏNKƏRAN”
Gələn: Elbrus Məmmədov (baş məşqçi)
Gedənlər: Oğuz Çətin (baş məşqçi), Deyan Blajevski ("Vardar", Makedoniya), Rəşad Sadiqov ("Qəbələ), Elnur Abdullayev (“Simurq”), Əfran İsmayılov (“İnter”), Aleksandr Şemonayev (AZAL), Rauf Əliyev (“Neftçi”), Uğur Pamuk ("Sumqayıt"), Qalin İvanov (“Samsunspor”, Türkiyə), Fernando Qabriel (“Persepolis”, İran), Tieqo de Xesus, Cahangir Həsənzadə, Vanderson Skarduelli
Müqaviləsinin müddətini artıranlar: - 


“QƏBƏLƏ”
Gələnlər: Roman Qriqorçuk (baş məşqçi); Rəşad Sadiqov ("Xəzər Lənkəran"), Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin, Mixail Sivakov (hamısı “Çernomorets”, Ukrayna), Ruslan Abışov (“Rubin”, Rusiya, icarəyə)
Gedənlər: Dorinel Muntyanu (baş məşqçi), Tərzin Cahangirov (“Sumqayıt”, icarəyə), Yazalde Pinto ("Jil Visente", Portuqaliya), Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Markinyoş Karioka
Müqaviləsinin müddətini artıranlar: - 


AZAL
Gələnlər: Ruslan Nəsirli, Azər Məmmədov (hər ikisi “Araz Naxçıvan”), Aleksandr Şemonayev (“Xəzər Lənkəran”), Nicat Qurbanov (“Neftçi”, icarəyə), Valeri Kutsenko (“Dauqava”, Latviya)
Gedənlər: Adil Nağıyev (“Zirə”, icarəyə), Orxan Səfiyaroğlu (“Qaradağ Lökbatan”), Tomi Kostadinov (“Minyor”, Bolqarıstan), Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Con Kordoba
Müqaviləsinin müddətini artıranlar: - 

“SUMQAYIT”
Gələnlər: Uğur Pamuk (“Xəzər Lənkəran”), Tərzin Cahangirov (“Qəbələ”, icarəyə), Mikayıl Rəhimov ("Bakı"), Pərdis Fərcad-Azad
Gedənlər: Tərlan Əhmədli (“Zirə”, icarəyə), Ramazan Abbasov (“Bakı”), Ceyhun Cavadov (“Rəvan”, icarədən qayıdıb), Kiyan Sultanpur (“Viktoriya", Almaniya), Fərid Quliyev, Şəhriyar Xəlilov, Tagim Novruzov
Müqaviləsinin müddətini artıran: Bəxtiyar Həsənalızadə


“BAKI”
Gələnlər: Rəhman Hacıyev (“Qaziantep BB”, Türkiyə, icarədən qayıdıb), Ramazan Abbasov (“Sumqayıt”), Kamil Nurəhmədov (“Rəvan”), Elçin Sadıqov (“Neftçi”, icarəyə), Qvanzan Məhəmmədov (“Zirə”)
Gedənlər: Aqil Məmmədov, Rəhman Hacıyev, Əziz Quliyev (hamısı “Neftçi”), Yure Travner (“Ridinq”, İngiltərə), Risto Ristoviç (“Larisa”, Yunanıstan), Mikayıl Rəhimov (“Sumqayıt”), Elvin Əliyev (“Rəvan”), Lukas Mario Horvat
Müqaviləsinin müddətini artıranlar: - 


oxunma sayı: 2881 | Paylaş:




?>