Ronaldodan Platiniyə hörmətsizlik (VİDEO)
Paylaş:
Klubararası dünya çempionatının finalında "Real" Madrid "San Lorenso"nu 2:0 hesablı məğlub eləyib qızıl medallara sahib çıxdı.
Oyundan sonrakı mükafalandırma mərasimində maraqlı hadisə yaşanıb.
"Kral klubu"nun superulduzu Kriştirano Ronaldo tədbir zamanı UEFA prezidenti Mişel Platini ilə görüşməkdən vaz keçib. Portuqaliyalı medalların təqdimatı zamanı qitənin ali futbol qurumunun rəhbərinin əlini sıxmayıb.
Mişel Platinin bir müddət əvvəl "Qızıl top" mükafatını Almaniya millisinin futbolçularından biri qazanmalıdı" fikrini söyləmişdi. Görünür, Ronaldo fransızın bu cümləsini yaddan çıxarmayıb.
| Paylaş: