TPL: 2014-cü ilə 7 qolla yekun vuruldu (YENİLƏNİB)
Paylaş:
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
Bu gün keçirilən bir matçla II dövrə başa çatıb.
İlin son matç günündə əvvəlcə “Xəzər Lənkəran”la AZAL-la qarşılaşıb. “Gəmiçilər” 4-cü pillədəki yerini qorumaq üçün mütləq qalib gəlməliydi. “Təyyarəçilər” isə əllərinə düşən şansdan istifadə edib, həmin pilləyə şərik olmaq üçün meydana çıxmalıydı. Amma nə meydan sahiblərinin, nə də qonaqların planları reallaşmayıb. Matçda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Lənkərandakı matçla eyni anda “Qəbələ” – “İnter” görüşü, yarım saat sonra isə "Qarabağ" - "Sumqayıt" matçı start götürüb. Qəbələdəki matçda “bankirlər” qalib gəlsəydi, fasiləyə “qış çempionu” kimi yollanacaqdı. Amma bununçün həm də “atlılar"ın evdə uduzması lazım idi. "Qəbələ" isə sahiblərinin də qalib gəməklə, 4-cü pilləyə qalxmaq şansını qazanacaqdı.
Matçlara gəlincə isə, əyalətdə 1:1 bərabərlik, Bakıda isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi qeydə alındığından "İnter" yox, məz Ağdam klubu qış fasiləsinə çempion kimi yollanıb.
Bu gün "Simurq" "Bakı" ilə qarşılaşıb. 7 qol vurulan matçda meydan sahibləri 5:2 hesabı ilə qalib gələrək 4-cü pilləyə yüksəlib.
Topaz Premyer Liqası. XVIII tur
21 dekabr (bazar)
15:00. “Xəzər Lənkəran” – AZAL - 1:1
Qollar: Freddi Mombonqo, 43 (0:1), Fernando Qabriel, 60 (1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu
I dövrədəki oyun: 1:1
15:00. “Qəbələ” – “İnter” - 1:1
Qolçar: Dodo, 37 (1:0), Mәhәmmәd Mirzәbәyov, 60 (1:1)
Qırmızı vәrәqә: Elvin Mәmmәdov, 87 ("İnter")
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu
I dövrədəki oyun: 0:4
15:30. “Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: Leroy Corc, 25 (1:0), Vurğun Hüseynov, 55-a.q (1:1)
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
I dövrədəki oyun: 0:3
22 dekabr
12:00. “Simurq” – “Bakı” - 5:2
Qollar: Nurlan Novruzov, 13 (0:1), 70-pen (5:2), Rəşad Eyyubov, 16 (1:1), Draqan Çeran, 33 (2:1), Rəşad Eyyubov 42 (3:1), İdan Vaytsman, 45 (4:1), Samir Zərgərov, 47 (5:1)
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu
I dövrədəki oyun: 0:1
Turnir cədvəli
N
Komanda
O
Q
H
M
T-F
Xal
1.
Qarabağ
16
10
4
2
29:17
34
2.
İnter
16
7
8
1
26:7
29
3.
Neftçi
15
7
5
3
19:12
26
4.
Simurq
16
6
3
7
25:22
21
5.
Xəzər Lənkəran
16
5
5
6
22:20
20
6.
Qəbələ
16
4
7
5
19:24
19
7.
AZAL
15
4
5
6
18:25
17
8.
Simqayıt
16
4
3
9
19:27
15
9.
Bakı
16
2
4
10
13:36
10
Bombardir: Nurlan Novruzov (“Bakı”) – 9.
| Paylaş: