')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" qalib gəldi, "Neftçi" məğlub oldu  (YENİLƏNİB)

"Qarabağ" qalib gəldi, "Neftçi" məğlub oldu (YENİLƏNİB)


oxunma sayı: 575 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Günün ilk matçı Sumqayıtda başlayıb. Burada şəhərin eyni adlı komandası “Sumqayıt” “Qəbələ”ni qonaq edib. Görüş 1:1 hesablı bərabərliklə bitib. 

Ötən tur “Qəbələ”yə uduzan “Qarabağ” isə səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb. Oyunda 5 qol vurulub. "Atlılar" çətin səfərdən üç xalla dönüb - 3:3.

“İnter” isə doğma publika önündə “Neftçi”ni qəbul edib. İlk hissə 0:1 hesabı ilə "ağ-qaralar"ın üstünlüyü ilə bitsə də, ikinci yarıda "bankirlər" iki qol vuraraq sevinən tərəf olublar.

Dünən AZAL səfərdə “Bakı”ya 1:3 hesabı ilə qalib gəlib.

Topaz Premyer Liqası. XVII tur
18 dekabr (cümə axşamı)


15:00. “Sumqayıt” – “Qəbələ” - 1:1
Qol: Mәhәmmәd Qurbanov, 66 (1:0), Cavid Hüseynov, 87 (1:1)
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov
“Kapital Bank Arena”

17:00. “Xəzər Lənkəran” – “Qarabağ” - 2:3
Qollar: Muarem Muarem, 7 (0:1), Qara Qarayev, 17-a.q (1:1), Sadio Tounkara, 56 (2:1), Muarem Muarem, 63 (2:2), Bədavi Hüseynov, 83 (2:3)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “İnter” – “Neftçi” - 2:1
Qollar: Nikolas Kanales, 41 (0:1), Franko Nildo, 64 (2:2), Məhəmməd Mirzəbəyov, 71 (2:1)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev
“İnter Arena”

Turnir cədvəli

N Komanda O Q H M T-F Xal
1. Qrabağ 15 9 4 2 27:17 31
2. İnter 15 7 7 1 25:6 28
3. Neftçi 15 7 5 3 19:12 26
4. Xəzər Lənkəran 15 5 4 6 21:19 19
5. Simurq 15 5 3 7 20:20 18
6. Qəbələ 15 4 6 5 18:23 18
7. AZAL 14 4 4 6 17:24 16
8. Sumqayıt 15 4 3 8 19:25 15
9. Bakı 15 2 4 9 11:31 10

Bombardir: Mikel Alvaro (“İnter”) - 8


oxunma sayı: 575 | Paylaş:




?>