')

Bu gün:


FutbolPress.Az | "Danışılmış oyun" qalmaqalı: məşqçi və futbolçuları həbs gözləyir

"Danışılmış oyun" qalmaqalı: məşqçi və futbolçuları həbs gözləyir


oxunma sayı: 537 Paylaş:

FutbolPressİspaniya futbolunda "danışılmış oyun" qalmaqalı bitmək bilmir. 

Bu dəfə "Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Herrera, "Atletiko Madrid"in kapitanı Gabi və Yaponiya millisinin baş məşqçisi Xaviyer Agirre "danışlımış oyun"da iştirak eləməkdə şübhəli bilinir.  

Söhbət 2010/12 mövsümünün son turunda "Zaraqoza"nın öz meydanında "Levante"ni 2:1 hesabı ilə məğlub edib, La Liqadakı yerini qoruduğu matçdan gedir. 

İstintaq orqanları iddia edir ki, həmin matç meydan sahibləri tərəfindən "alınıb" və əvəzində qarşı tərəfə 965 min avro pul ödənilib. 

"Zaraqoza" rəhbərliyi isə həmin pulların klubun büdcəsindən bonus kimi məşqçi Xavyer Agirrenin, yarımmüdafiəçilər Ander Errera və Gabinin hesabına köçürüldüyünü əsas gətirir. Amma istintaq orqanları bu informasiyanın yalan olduğunu üzə çıxarıb. Hüquq mühafizə orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, klubun büdcəsindən əskik olan 965 min avro məhz "Levante"nin futbolçularına verilib. 


Bu danışıqlarda adıçəkilən şəxslərlə yanaşı, araqon klubunun prezidenti Agatipo İglesisasın da adı çəkilir. Ümumilikdə isə istintaqa 41 nəfər şübhəli şəxs cəlb olunub. 

Prokurorluq orqanları yaxın müddətdə proseslə bağlı yükun qərarını açıqlayacaq. Əgər həqiqət özünü doğruldarsa, "danışlımış oyun"da əli olan bir neçə nəfər şəxsi həbs, digərlərini isə ağır cəzalar gözləyir. 


oxunma sayı: 537 | Paylaş:




?>