')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" uduzdu, XL xal itirdi, "Neftçi"dən əzmkar qələbə

"Qarabağ" uduzdu, XL xal itirdi, "Neftçi"dən əzmkar qələbə


oxunma sayı: 649 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. 

İlk oyun günündə bir görüş keçirilib. “Simurq” doğma meydanda “İnter”i qəbul edib. Matç 1:1 hesablı bərabərliklə bitib.

Turun digər üç qarşılaşmsı isə bugün oynanılıb. 

"Bakı" öz meydançasında "Xəzər Lənkəran"ı qəbul edib. Matç qolsuz bərabərliklə yekunlaşıb.

Lider "Qarabağ" isə səfərdə "Qəbələ" ilə qarşılaşaıb. İlk hissə Namiq Ələsgərovun qolu ilə "atlılar"ın  xeyrinə bitib. Buna baxmayaraq meydan sahibləri dönüş edib. Sənan Qurbanovun Dodonu meydana daxil eləməsilə "Qəbələ" 15 dəqiqədə iki qol vurub. 

Günün on matçında "Neftçi" paytaxtda "Sumqayıt"ın gücünü yoxlayıb. Arif Əsədovun yetirmələri "kimyaçılar"ın müqaviməti ilə rastlaşıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə bitib. İkinci hissəyə isə "ağ-qaralar" yaxşı başlayıb və 5 dəqiqədə iki qol vuraraq hesabda önə keçib. Amma qonaqlar yenə hesaba tarazlıq gətirib. "Neftçi"yə qələbə gətirən qolu isə 72-ci dəqiqədə Ruslan Qurbanov vurub.


Azərbaycan Premyer Liqası. XV tur. 

13 dekabr (şənbə)


17:00.“Simurq” – “İnter” - 1:1
Qollar: Draqan Çeran, 43 (1:0), Nildo, 90 +2 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev.
Zaqatala şəhər stadionu.


14 dekabr (bazar)

14:00.“Bakı” – “Xəzər Lənkəran” - 0:0
Hakimlər: Vüsal V. Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov.
“Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionu.

15:00. “Qəbələ” – “Qarabağ” - 2:1
Qollar: Namiq Ələsgərov, 22 (0:1), Bəxtiyar Soltanov, 46 (1:1), Dodo, 60 (1:0)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.
Qəbələ şəhər stadionu.

17:00. “Neftçi” – “Sumqayıt” - 3:2
Qollar: 
Orxan Əliyev, 34 (0:1), Ruslan Qurbanov, 51 (1:1), 72 (3:2), Araz Abdullayev, 56 (2:1), Orxan Əliyev, 63 (2:2)
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov.Bakı.
“Bakcell Arena”

Turnir cədvəli


N Komanda O Q H M T-F Xal
1. Qarabağ 14 8 4 2 24:15 28
2. Neftçi 14 7 5 2 18:10 26
3. İnter 14 6 7 1 23:5 25
4. Xəzər Lənkəran 14 5 4 5 19:16 19
5. Simurq 15 5 3 7 20:20 18
6. Qəbələ 14 4 5 5 17:22 17
7. Sumqayıt 14 4 2 8 18:24 14
8. AZAL 13 3 4 6 14:23 13
9. Bakı 14 2 4 8 10:28 10

Bombardirlər

Mikel Alvaro (“İnter”) - 8 qol
Nurlan Novruzov ("Bakı") - 6 qol   
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 6 qol
Draqan Çeran ("Simurq") - 6 qol


oxunma sayı: 649 | Paylaş:





?>