')

Bu gün:


FutbolPress.Az | "Baş məşqçinizə dedim ki, sizin haqlı qolunuz sayılmadı"

"Baş məşqçinizə dedim ki, sizin haqlı qolunuz sayılmadı"


oxunma sayı: 809 Paylaş:

FutbolPressBu gün AL-in qrup mərhələsinin VI turunda "Qarabağ" Bakıda "İnter"i qəbul edib. 

Matç 0:0 hesablı bərabərliklə bitib. 

Amma oyunun 90+4-cü dəqiqəsində baş hakim Mioslav Zelinka Riçard Almeydanın təmiz qolunu qeydə almayıb. Həmin epizodda topun "İnter"in müdafiəçisinin ayağına toxunmasına baxmayaraq, yan hakim əsas referiyə işarə edərək ofsayd olduğunu bildirib. 

Matçdan sonra italiyalı müdafiəçi Marko Andreolli epizodu belə şərh edib:

"Qolun qeydə alınmadığını görəndə, hakimə yaxınlaşaraq topun bizim futbolçunun ayağına dəydiyini bildirdim. Amma hakim mənə qulaq asmadı. Oyundan sonra baş məşqçinizə dedim ki, sizin haqlı qolunuz sayılmadı. "Qarabağ"a növbəti oyunlarda uğurlar arzulayıram". 


oxunma sayı: 809 | Paylaş:





?>