')

Bu gün:


FutbolPress.Az | Oğuz Çətin: "Daha çox qol vura bilərdik"

Oğuz Çətin: "Daha çox qol vura bilərdik"


oxunma sayı: 163 Paylaş:

FutbolPress“Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər”.

Bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"yə 3:0 hesablı qalib gəldikləri oyundan sonrakı mətbuat kofransında deyib.

Türkiyəli mütəxəssis böyükhesabla qalib gəlmələrindən danışıb:

“Topun daha çox bizdə qalması və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə saxladıq. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm. Komanda istəkli olanda səhvlər azalır. Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox qol vura bilərdik. Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdı. Biz eyni ciddiyəti qorumalı və “Bakı” ilə oyuna da qələbə üçün çıxmalıyıq”.


oxunma sayı: 163 | Paylaş:




?>