')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Hər iki komanda intizamlı oyun sərgilədi" 

Qurban Qurbanov: "Hər iki komanda intizamlı oyun sərgilədi" 


oxunma sayı: 159 Paylaş:

FutbolPress“Yaxşı oyun alındı. Hər iki komanda intizamlı oyun sərgilədi. Sona qədər sakit çıxış edən futbolçularımdan razı qaldım. Qarşıda bizi “İnter”lə matç gözləyir. Futbolçuları bu qarşılaşmaya hazırlamağa çalışacağıq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Oyunun nticəsini ədalətli hesab edən Qurbanov futbolçularından razı qaldığını bildirib:

“Neftçi” ilə oyunda 1 xal qazandıq. Hər bir futbolçu tapşırıqları yerinə yetirdi. Qol imkanları yaratdıq. Sadəcə, imkanlardan istifadə etmək mümkün olmadı. Rəqibi də nəzərə almaq lazımdır. “Neftçi” sıradan bir rəqib deyil. Düşünürəm ki, oyunu istədiyimiz kimi sona çatdırmaq üçün daha təmkinli olmalıyıq”.

Q. Qurbanov matç zamanı zədələnən Bədavi Hüseynovun durumu haqda da məlumat verib: 

“Bədavi Hüseynovun ayağı şişib. Yəqin ki, “İnter”lə oyuna qədər düzələcək".


oxunma sayı: 159 | Paylaş:




?>