')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"dan qələbə kimi heç-heçə

"Qarabağ"dan qələbə kimi heç-heçə


oxunma sayı: 1468 Paylaş:

FutbolPressBugün AL-in qrup mərhələsinin V turuna start verilib.

Turnirdəki yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.

F qrupunda mübarizə aparan Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı “Sent-Etyen”lə Fransada münasibətlərinə aydınlıq gətirib.

Oyun "atlılar" üçün yaxşı başlayıb. Belə ki, 15-ci dəqiqədə "Qarabağ" Vüqar Nadirovun qolu ilə hesabda önə keçib. Amma cəmi 6 dəqiqə sonra meydan sahiblərindən Van Volfsvinkel hesabda tarazlıq yaradıb. İkinci hissədə komandaların çoxsaylı səylərinə baxmayaraq, hesab dəyişməyib.

Bu heç-heçə ilə "Qarabağ" ikinci pilləyə qalxıb və pley-offa çıxmaq şanslarını iki həftə sonra Bakıda "İnter"lə oyuna saxlayıb.

“Qarabağ”ın digər rəqibləri “İnter” və “Dnepr” Milanda üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsilə bitib.


Avropa Liqasının qrup mərhələsi, V tur
27 noyabr


F qrupu

00:05. “Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan) - 1:1
Qollar: Vüqar Nadirov, 15 (0:1), Van Volfsfinkel, 21 (1:1)

Baş hakim: Kristin Yakobsson
Hakim köməkçiləri: Siqurdur Oli Torleyfsson, Qunnar Qunnarsson
Əlavə köməkçi hakimlər: Toroddur Hialtalin, Torvardir Arnasson
Dördüncü hakim: Qilfi Mar Siqurdsson (hamısı İslandiya)
Hakim-inspektor: Youni Hiitya (Finlandiya)
UEFA nümayəndəsi: Tobias Volf (Almaniya)
Sent-Etyen. “Ceffri Quiçard” stadionu

"Sent - Etyen": 16. Stefan Ruffier, 2. Teofile Katarine, 20. Conatan Brison, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 10. Renaud Çohade, 18. Fabien Lemoine, 24. Loik Perrn, 7. Maks-Alain Qradel, 13. Van Volfsvinkel, 21. Romain Amuma

Ehtiyat oyunçular: 30. Moulin, 23. Baysse, 8. Corgnet, 19. Poqba, 28. Diomande, 11. Mollo, 22. Monnet-Paquet

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7 Namiq Yusifov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17.Vüqar Nadirov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 33. Şəhriyar Əliyev, 18. İlqar Qurbanov, 6. Hacı Əhmadov, 99. Namiq Ələsgərov


N Komanda O Q H M T-F Xal
1. İnter 5 3 2 0 6 - 2 11
2. Qarabağ 5 1 2 2 3 - 5 5
3. Sent-Etyen 5 0 5 0 2 - 2 5
4. Dnepr 5 1 1 3 3 - 5 4


oxunma sayı: 1468 | Paylaş:




?>